Məhkəmə qərarları › İş №8(027)-190/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-190/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-190/2024 15.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Mercedes Benz 180” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsi tərəfindən 23 noyabr 2023-cü il tarixli e-2(027)-2231/2023 saylı icra sənədinə əsasən 3715 manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 57,15 manat tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi üzrə 21180/2023 saylı icra işi açılmış, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Hazırda Borclu bu vaxta qədər ödəniş etməmişdir. Hal-hazırda icra sənədi üzrə borcu 3715 manat pul və 57,15 manat dövlət rüsumu təşkil edir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində onun adına “Mercedes Benz 180” minik, **-KD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Ona görə də tələbin borcluya məxsus olan avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirmişdir ki, “Mercedes Benz 180” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 3 il əvvəl baş etibarnamə ilə satmışdır. İcra sənədi üzrə sonuncu dəfə bu ay 200 (iki yüz) manat ödəniş etmişdir. Hər ay 100 (bir yüz) manat ödəniş etməyə razılaşmışdır. Ona görə də təqdimatın təmin edilməməsini xahiş edir. İş üzrə tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2(027)-2231/2023 saylı icra sənədinə əsasən 3715 manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 57,15 manat tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Lakin, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilsə də, onun rəsmi qaydada borcluya çatması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş materiallarından görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin hesabına 200 (iki yüz) manat məbləğində pul ödəmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə Borclu mülkiyyətində “Mercedes Benz 180” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “Mercedes Benz 180” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini baş etibarnamə ilə satmışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu adına mülkiyyətində olan “Mercedes Benz 180” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar