Məhkəmə qərarları › İş №8(027)-194/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-194/2023

08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-194/2023 08.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclu Quba şəhəri, Ərdəbil küçəsi, ev 132 ünvanında qeydiyyatda olan Mustafayev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-938/2018 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Mustafayev Hüseyn Borclu oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 80 manat sabit pul məbləğində aliment borclu Mustafayev Borclu alınaraq tələbkar X4 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Mustafayev Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10" gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmə diyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İş üzrə tələbkar X6 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə borclu Mustafayev Borclu qarşı tələb və şikayətinin olmadığını qeyd edərək təqdimatın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu, habelə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-938/2018 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Mustafayev Hüseyn Borclu oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 80 manat sabit pul məbləğində aliment cavabdeh Mustafayev Borclu alınaraq, iddiaçı X4 vverilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, borclu Mustafayev Hüseyn Borclu oğluna icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir və o müvafiq imza etməklə bildirişi almışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş sənədlərini araşdıraraq hazırkı icra sənədi üzrə tələbkar X3 borclu Mustafayev Borclu qarşı tələb və şikayətinin olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X7 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarına əsasən, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-938/2018 saylı icra sənədi üzrə borclu, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Mustafayev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar