Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-194/2024 27.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Quba rayon Məhkəməsinin 2(027)-182/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin 2(027)-182/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə X5 X4 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142.3 kv.metr fərdi yaşayış evi ekspert rəyinə uyğun, texniki pasportda göstərilən 2,5,6,8,9,10,11-saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə ¾ hissədə olmaqla, cəmi 108.0 kv.metr sahə iddiaçı X5 istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3,4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyolu-hamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla ¼ hissədə cəmi 34.3 kv.metr sahə cavabdeh X2 istifadəsində qalmaqla, paylar iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti- X1 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünməsi qət edilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 Quba Rayon Məhkəməsinin 2(027)-182/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin izah olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsində qeyd olunan mətbəx və sanitar qovşağın (ayaqyolu-hamam) inşa edilməli olduğu yer və kimin hesabına inşa olunması barədə hissədə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 182/23 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-182/23 saylı icra vərəqəsinə əsasən **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142.3 kv.m olan fərdi yaşayış evi ekspert rəyinə uyğun, texniki pasportda göstərilən 2,5,6,8,9,10,11 -saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə % hissədə olmaqla cəmi 108.0 kv.m sahə tələbkar X5 istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3,4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyoluhamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla % hissədə cəmi 34.3 kv.m sahə borclu X2 istifadəsində qalmaqla, paylar tələbkar və borclu arasında X3 Həlli Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcraat zamanı xx.xx.2024-cü il tarixdə icra tədbiri təyin edilmiş və mübahisəli yaşayış evinə baxış keçirilmişdir. Məhkəmə qətnaməsində qeyd olunan mətbəx və sanitar qovşağı (ayaqyolu-hamam) inşa edilməli olduğu yer və kimin hesabına inşa olunması barədə hər hansı bir qeyd əks olunmamışdır. Bu səbəbdən həmin hissədə icra sənədinin icrasında çətinliklər yaranmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə izah edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-182/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə X5 X4 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142.3 kv.metr fərdi yaşayış evi ekspert rəyinə uyğun, texniki pasportda göstərilən 2,5,6,8,9,10,11-saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə ¾ hissədə olmaqla, cəmi 108.0 kv.metr sahə iddiaçı X5 istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3,4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyoluhamam) inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı giriş-çıxışı olmaqla ¼ hissədə cəmi 34.3 kv.metr sahə cavabdeh X2 istifadəsində qalmaqla, paylar iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230.4 və 230.5-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizə təmin olunsun. Quba Rayon Məhkəməsinin 2(027)-182/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin qət edi hissəsi X5 X4 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, **********54-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Zizik kəndində 0.09 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 142.3 kv.metr fərdi yaşayış evi ekspert rəyinə uyğun, texniki pasportda göstərilən 2,5,6,8,9,10,11-saylı literlərdə olan otaqlar paylara yaxın şəkildə ¾ hissədə olmaqla, cəmi 108.0 kv.metr sahə iddiaçı X5 istifadəsində qalmaqla, texniki pasportda göstərilən 3,4-saylı literlərdə olan otaqların paylara yaxın şəkildə ümumi sahəyə əlavə edilməyən V (talvar, anbar) tikilisinin yerində küçəyə tərəf qapı açılmaqla, eyni zamanda mətbəx və sanitar qovşağı (ayaqyoluhamam) X7 tərəfindən inşa edilməklə, texniki pasportda göstərildiyi kimi ayrı-ayrı girişçıxışı olmaqla ¼ hissədə cəmi 34.3 kv.metr sahə cavabdeh X2 istifadəsində qalmaqla, paylar iddiaçı və cavabdeh arasında İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində bölünsün” kimi başa düşülsün. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-194/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-194/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver