Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-196/2022 28.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Quba rayonu, Gümürdəhnə kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1182/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Quba rayonu, Gümürdəhnə kəndində yaşayan Borclu 14400 manat pul və Dominant Konsaltinq MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 400 manat məbləğində pul alınaraq X1 verilməlidir. Eyni zamanda Borclu "xxxx" MMC-nin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunan icra sənədi 09.03.2021-ci il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak və gəlir vəziyyətini yoxlamaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnformasiya Sistemi” vasitəsilə sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir əmlak və gəlir aşkarlanmamışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1182/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Quba rayonu, Gümürdəhnə kəndində yaşayan Borclu ******* manat pul və Dominant Konsaltinq MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 400 manat məbləğində pul alınaraq X1 verilməlidir. Eyni zamanda Borclu "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 09 mart 2021-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1182/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1182/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Quba rayonu, Gümürdəhnə kəndində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-196/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-196/2022
28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver