Məhkəmə qərarları › İş №8(027)-196/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-196/2025

29.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-196/2025 29.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə X3 tərəfindən alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 453/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 28 oktyabr 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu onun xeyrimə hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə 2015-cı il tarixdə el-adəti üzrə ailə qurmuş, aralarında olan nikahı 14 sentyabr 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 28 oktyabr 2016-ci il təvəllüdlü X6 adlı uşağı doğulmuşdur. Aralarındakı nikah pozulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən birgə nikahdan olan 28 oktyabr 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq, cavabdeh Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş cəmi 200 manat məbləğində alimentlə uşaq saxlamaq çox çətindir. Oğlunun təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və oğlumun digər tələbatları günü-gündən artır. Hazırkı vəziyyətdə borclu tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağın qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə iş üzrə X3 və maraqlı tərəf Borclu məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsində göstərilir ki, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İşin hallarından müəyyən edildi ki, Quba rayon Məhkəməsinin 2(027)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 28 oktyabr 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq, cavabdeh Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Ərizəçi təyin edilmiş alimentin minimum əmək haqqına münasibətdə indeksasiya olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2023-cü ildə qəbul edilmiş qətnamə ilə 28 oktyabr 2016-ci il təvəllüdlü X1 üçün 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, 2025ci ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum aylıq əmək haqqının 0,58 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Odur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-453/2023 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsində göstərilir ki, dənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-453/2023 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,58 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar