Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-197/2022 28.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X22 oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin 27 iyul 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından X19, X17, X11 və X20 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin 27 iyul 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş 19.11.2019-cu il tarixli, 2(027)-267/2019 №-li icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin 27 iyul 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 19.11.2019-cu il tarixli, 2(027)-267/2019 №-li icra sənədinə əsasən Torpağa Mülkiyyət Hüququna dair JN-787 nömrəli KOD 30306018 saylı Dövlət Aktı üzrə 3,69 ha pay torpaq sahəsindən tərəflər X12, X9, X4, X13 və X6 hər birinin 1/5 hissədə payları müəyyən edilməli, həmin Torpağa Mülkiyyət Hüququna dair JN-787 nömrəli KOD 30306018 saylı Dövlət Aktı üzrə 3,69 ha pay torpaq sahəsi X19, X18, X11,X20 və X15 arasında naturada bərabər paylara hər birinə 1/5 hissədə bölünürək verilməldir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-067A nömrəli KOD 30306018 saylı Şəhadətnamə üzrə 0,12 ha torpaq sahəsindən tərəflərin hər birinin 1/5 hissədə payları müəyyən edilməli, həmin Torpağın mülkiyyətə verilməsinə dair JN-067A nömrəli, KOD 30306018 saylı Şəhadətnamə üzrə 0,12 ha torpaq sahəsi naturada bərabər paylarla hər birinə 1/5 hissədə bölünməli və Torpağın mülkiyyətə verilməsinə dair JN-067A nömrəli KOD 30306018 saylı Şəhadətnamə üzrə cavabdeh X6 1/5 hissə üzrə payına düşən 0,02 ha torpaq sahəsi həyətin giriş darvazasının sağ (həyətin cənub şərq hissəsi) tərəfindən 10 metr şərqə, 20 metr şimal hissəyə ayrılaraq verilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-067A nömrəli KOD 30306018 saylı Şəhadətnamə üzrə 0,12 ha torpaq sahəsinin naturada 1/5 hissədə bölünməsi zamanı yerdə qalan 0,10 ha torpaq sahəsi X19, X18, X11 və X20 arasında naturada bərabər paylarla bölünərək verilməlidir. ilk iddia üzrə iddiaçılar X19, X18, X1 mülkiyyətə verilməsinə dair JN-067Ä nömrəli KOD 30306018 saylı Şəhadətnamə üzrə 0,12 ha torpaq sahəsi üzərində tikilmiş Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evinə köçürülməldir. ilk iddia ərizəsinin verilməsinə dair ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi X5 alınaraq X19, X18 və X7 verilmədir. İş üzrə ekspertiza xərcini təkil edən 100 manat cavabdeh X5 alınaraq X3 hesabına ödənilməlidir.İcraat zamanı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin məktubundan məlum olmuşdur ki, icra sənədində torpaq sahələrinin hansı kordinatlar, ölçülər və istiqamətlər üzrə bölünməsinə dair məlumatlar olmadığından naturada müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Göstərilən səbəbdən icra sənədinin icrası mümkün olmamışdır. X2, X17, X11 və X20 həmin qərardan şikayət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, onlar cavabdeh X10 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, əmlak tələbi, fərdi yaşayış evinə köçürmə, daşınmaz əmlaka payların müəyyənləşdirilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər, Quba Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(027)-267/2019 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Keçən müddət ərzində icra sənədi icra məmuru tərəfindən icra olunmamışdır. Dəfələrlə bununla bağlı maraqlandıqdan sonra onlara icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edildiyini və icra sənədinin icra olunmadan məhkəməyə qaytarıldığını bildirmişlər. O, X17 icra sənədinin məhkəməyə qaytarılması barədə qərarı Quba rayon İcra və Probasiya Şöbəsindən 15 aprel 2022-ci il tarixdə rəsmi qaydada almış və qərardan şikayət verməklə bağlı müddəti ötürməmişdir. X19 və X11 isə bu günə kimi həmin qərarı rəsmi qaydada almamışlar. Göründüyü kimi qərardan şikayətlə bağlı müddəti ötürməmişlər. Onlar Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev tərəfindən qəbul edilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə 27 iyul 2020-ci il tarixli qərarla razılaşmırlar. Həmin qərar qanunsuz və əsassız qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, onlar icra məmurundan qanunsuz heç bir tələb istəmir, istədikləri dövlətin adından qəbul edilmiş məhkəmə qətnaməsinin icra olunmasıdır. Torpaq sahələrinin hansı koordinatlar, ölçülər və istiqamətlər üzrə bölünməsinə dair məlumatların məhkəmə qətnaməsində göstərilməməsi ilə bağlı qeyd edir ki, həmin məlumatların hər biri məhkəmə qətnaməsində müvafiq ekspertin rəyinə əsaslanmaqla qeyd edilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar göstərilmədən icra sənədinin məhkəməyə geri qaytarılması onların ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. İş üzrə X16, X14, X7 və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X19, X17, X11 və X13 şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli, 2(027)-267/2019 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında 27 iyul 2020-ci il tarixli qərarından X19, X17, X11 və X20 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin 27 iyul 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından X19, X17, X11 və X13 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin 27 iyul 2020-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-197/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-197/2022
28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver