Məhkəmə qərarları › İş №8(027)-198/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-198/2022

05.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-198/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 və Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının iştirakı ilə, X3 Quba Rayon Məhkəməsinin 2-6/2003 nömrəli, 03.03.2003-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 Quba Rayon Məhkəməsinin 2-6/2003 nömrəli, 03.03.2003-cü il tarixli qətnaməsinin hissəhissə icra edilməsinə dair, yəni Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulmalı 9430 (doqquz min dörd yüz otuz) manat məbləğində borcun hissə-hissə, hər ay 100 (bir yüz) manat məbləğində ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmədə X4 ərizəsinin təmin edilməsini xahiş etdi. X4 ərizəsini onunla əsaslandırmşdır ki, Quba Rayon Məhkəməsinin 2-6/2003 saylı, 03 mart 2003-cü il tarixli qətnaməsi ilə 23.07.1996-cı il təvəllüdlü X5 və 17.08.1998-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 27.09.2002-ci il tarixdən hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin Ağasiyeva (Xəlfəyeva) ElnarƏ Nadir qızının xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, Elnarə Ağasiyeva ilə xasiyyəti uyğun gəlmədiyindən o, 2003-cü ildə evi tərk etmiş, onun xəbəri olmadan aralarındakı nikah pozulmuşdur. Onun icazəsi və razılığı olmadan birgə nikahdan doğulmuş övladları Lalə və Elnuru götürərək Türkiyə Respublikasına getmiş, uşaqların yetkinlik yaşı tamam olanadək öz ünvanını və uşaqları ondan gizləmişdir. Türkiyə vətəndaşı ilə ailə quraraq uzun müddət Türkiyədə yaşamış və həyat yoldaşı vəfat etdiyindən 3 il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır. Hazırda Lalənin 26, Elnurun isə 24 yaşı vardır. Lalə artıq ailəlidir. Elnarə Ağasiyeva onun yeni ailə qurduğu bildikdən sonra qəsdən ondan aliment borcunu tələb etmiş və 13.07.2020-ci il tarixdə Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən tələbin könüllü icrası ilə bağlı bildiriş gəlmişdir. E.Ağasiyeva Azərbaycana qayıdanadək onun alimentin tutulması ilə bağlı keçirilmiş məhkəmə proseslərindən və Quba Rayon Məhkəməsinin 2- 6/2003 saylı, 03 mart 2003-cü il tarixli qətnaməsinin mövcudluğundan xəbəri olmamışdır. 2020-ci ilədək alimentin ödənilməsi ilə bağlı nə icra məmuru tərəfindən ona bildiriş gəlməmiş, nə də bu müddət ərzində tələbkar Elnarə Ağasiyeva tərəfindən aliment borcu tələb edilməmişdir. Nəticədə 10.480 manat aliment borcu yaranmışdır. Yuxarıda qeyd etdiyi kimi 2019-cu ildə tələbkar Türkiyədəki həyat yoldaşını dəfn etdikdən sonra Azərbaycana qayıtmış və ailə üzvlərinə məxsus 0,64 ha pay torpağını satmaq qararına gəlmiş və o da buna etiraz etmədən onun payına düşən 2200 manat pulu alqı-satqıdan sonra Elnarəyə vermişdir. Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən tələbin könüllü icrası ilə bağlı bildiriş gəldikdən sonra o, həmin borcdan 900 manat, sonradan isə 150 manat ödəniş etmişdir. Hazırda 9430 manat aliment borcu qalmışdır. Yaranmış borcu birdəfəlik ödəməyə heç cür maddi imkanı yoxdur. Aliment borcundan vaxtında məlumatı olsaydı və Elnarə ondan gizlənməsəydi, hər ay ödəniş edərdi və borc yaranmazdı. Yaranmış borc icra məmurunun vaxtında işini icra etməməsi və Elnarənin bilərəkdən tələbkar olmaması nəticəsində yaranmışdır. Bu borc onun təqsiri və ya alimenti ödəməkdən yayınmağı səbəbindən yaranmamışdır. Hazırda icra məmurları yaranmış aliment borcunu ondan tələb edirlər. Qeyd olunan pul vəsaitini bir dəfəyə ödəməyə imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər.Amma icra məmurları həmin məbləğin hissə-hissə ödənilməsi barədə məhkəmə qərarı olmadığı üçün ondan həmin məbləği bir dəfəyə ödəməyini tələb edirlər. Rəsmi iş yeri, eləcə də, başqa gəlir və qazanc yeri yoxdur. Ailəlidir, himayəsində həyat yoldaşı var. Həyat yoldaşı heç bir yerdə işləmir. Günəmuzd işlərdə işləyərək ailəni çətinliklə dolandırır. Maddi vəziyyəti ağırdır. Yalnız hər ay 100 manat məbləğində ödəniş edə bilər. Göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin 2-6/2003 nömrəli, 03.03.2003-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair, yəni Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulmalı 9430 (doqquz min dörd yüz otuz) manat məbləğində borcun hissə-hissə, hər ay 100 (bir yüz) manat məbləğində ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmədə Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızı ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Quba rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişldir, məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Quba Rayon Məhkəməsinin 2- 6/2003 nömrəli, 03.03.2003-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair, yəni Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulmalı 9430 (doqquz min dörd yüz otuz) manat məbləğində borcun hissə-hissə, hər ay 100 (bir yüz) manat məbləğində ödənilməsi barədə X1 ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materiallarından göründüyü kimi borclu X2 Rayon Məhkəməsinin 2-6/2003 nömrəli, 03.03.2003-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair, yəni Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulmalı 9430 (doqquz min dörd yüz otuz) manat məbləğində borcun hissə-hissə, hər ay 100 (bir yüz) manat məbləğində ödənilməsi ilə əlaqədar icra edilməsi üçün əsas gətirdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə olaraq məhkəmə onu da nəzərə çatdırır ki, Quba Rayon Məhkəməsinin 2-6/2003 nömrəli, 03.03.2003-cü il tarixli saylı qətnaməsinin qəbul edilməsindən uzun bir müddət keçməsinə baxmayaraq, borclu X4 qətnamə üzrə borcundan çox az məbləğ ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Quba Rayon Məhkəməsinin 2-6/2003 nömrəli, 03.03.2003-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair, yəni Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulmalı 9430 (doqquz min dörd yüz otuz) manat məbləğində borcun hissə-hissə, hər ay 100 (bir yüz) manat məbləğində ödənilməsi barədə ərizəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Quba Rayon Məhkəməsinin 2-6/2003 nömrəli, 03.03.2003-cü il tarixli qətnaməsinin hissəhissə icra edilməsinə dair, yəni Ağasiyeva (Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulmalı 9430 (doqquz min dörd yüz otuz) manat məbləğində borcun hissə-hissə, hər ay 100 (bir yüz) manat məbləğində ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar