Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-199/2024 03.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Quba rayon Məhkəməsinin 2(027)-319/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon Məhkəməsinin 2(027)-319/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə X2 X4 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X2 ünvan 1 ünvanında yerləşən ½ hissəsinə olan mənzil payından istifadə üçün cavabdeh X5 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-319 saylı icra sənədində iddiaçı X2 ünvan 1 ünvanında yerləşən 54 hissəsinə düşən payı barədə izah verilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-319/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-319 saylı icra sənədinə əsasən X2 ünvan 1 ünvanında yerləşən ½ hissəsinə olan mənzil payından istifadə üçün borclu X5 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş e108846/2024 saylı icra işi açılaraq, müvafiq qaydada icraata başlanılmışdır. Həmçinin iş üzrə tərəflər şöbəyə dəvət olunaraq icra sənədinin mahiyyəti, qanunvericiliyin tələbləri, habelə icra sənədinin icrasına qərəzli şəkildə maneəçilik törədildikdə daşıyacaqları məsuliyyət ətraflı izah olunmuşdur. Bundan sonra icra sənədi üzrə tələbi təmin etmək məqsədilə icra tədbiri təyin edilmiş və sözü gedən mübahisəli mənzildə icra prosesi keçirilmişdir. Lakin icra vərəqəsində mənzilin hansı hissəsinin tələbkara, hansı hissəsinin borcluya məxsus olduğu barədə qeyd aparılmamışdır. Bu səbəbdən M.Əliyev otaqların birindən qarşı tərəfə məxsus əşyalarının boşaldılaraq ona təhvil verilməsini və həmin mənzilin bir otağını ona təhvil verilməsini tələb etmişdir. Bu səbəbdən icra sənədinin icrasında çətinliklər yaranmışdır. Qeyd olunanları nəzərə alınaraq icra sənədinin nəticə hissəsinə izah verilməsi üçün zərurət yaranmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, MPM-in 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin Quba rayon Məhkəməsinin 2(027)-319/2024 saylı, 15 fevral 2024cü il tarixli qətnaməsinin izah edilməsi üçün əsas yoxdur, çünki qətnamədəki bütün ifadələr anlaşılandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (mad.230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (mad.230.3) Məhkəmənin qeyd edilən qətnaməsində aydın şəkildə qətnamənin nəticə hissəsi göstərilmişdir və məhkəmə hesab edir ki qeyd edilən qətnamənin izahı üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Məhkəməsinin 2(027)-319/2024 saylı, 15 fevral 2024-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-199/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-199/2024
03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver