Məhkəmə qərarları › İş №8(027)-20/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-20/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-20/2024 23.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin e-2(027)-1473/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Nürəddin Əmrullayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin e-2(027)-1473/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan Quba Rayonu, Üçgün kəndində yerləşən **********94 reyestr nömrəli 0.6882 ha və **********60 reyestr nömrəli 0.0688 ha torpaq sahələri üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(027)-1473/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3890,81 manat borc və 58,91 manat məbləğində dövlət rüsumumu tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatda Borclu mülkiyyətində Quba Rayonu, Üçgün kəndində torpaq sahələri aşkarlanmışdır. İcra məmuru tələbin borcluya məxsus torpaq sahələrinə yönəldilməsini məqsədə müvafiq hesab etmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Quba Rayon Məhkəməsinin e-2(027)-1473/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli, RGTK8213047A165 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas məbləğ üzrə 3460,48 manat, faiz məbləği üzrə 430,33 manat olmaqla, cəmi 3890,81 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 58,91 manat məbləğində pul cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayev xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarı ilə Quba Rayon Məhkəməsinin e-2(027)-1473/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. Bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surəti borcluya göndərilmiş və icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Borclu digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində Quba rayonu, Üçgün kəndində yerləşən 0.6882 ha və 0.0688 ha torpaq sahələri vardır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Göründüyü kimi, Borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddəti ərzində və bundan sonra da qeyd edilən icra sənədini icra etməmiş, bununla da məcburi icra tədbirləri üçün əsas yaranmış, həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində torpaq sahələrinin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin e-2(027)-1473/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Quba rayonu, Üçgün kəndində yerləşən ümumi birgə mülikyyətdə olan **********94 reyestr nömrəli 0.6882 ha **********60 reyestr nömrəli və 0.0688 ha torpaq sahəsindən Borclu məxsus payın özgəninkiləşdirilməsi qadağan edilməli, qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43- 45-ci maddələrini və Azərbaycan Respublikası MPM-in 231 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin e-2(027)-1473/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Quba rayonu, Üçgün kəndində yerləşən ümumi birgə mülikyyətdə olan **********94 reyestr nömrəli 0.6882 ha və **********60 reyestr nömrəli 0.0688 ha torpaq sahəsindən Borclu məxsus payın özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar