Məhkəmə qərarları › İş №8(027)-20/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-20/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-20/2025 14.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə barəsində ərizəsinə baxaraq, müəyyənetdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-1867/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşma çatanadək saxlanılması üçün Kürdəmir rayonu Karlar kənd sakini Maraqlı şəxs Həziran oğlundan hər ay bir uşağa görə tutulan 100 (yüz) manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs Həziran oğlundan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-1867/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ona, iddiaçı X12 verilməsi qət olunmuşdur. Belə ki, hal-hazır ki, dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 100 (yüz) manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Hər şeyin qiyməti artır. Məktəb xərclərini ödəmək olmur. Maddi vəziyyəti ağırdır. Məktəbli uşağı saxlamağa imkanı çatmır. Dövlət tərəfindən 2025-ci il üçün bir uşağa aylıq 246 (iki yüz qırx altı) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Onun xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 hər ay tutulan 100 (yüz) manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.70 faiz mislində müəyyən edilməlidir. Cavabdeh X16 tikinti sektorunda usta kimi fəaliyyət göstərir. Ancaq rəsmi və ya qeyri-rəsmi olduğu barədə məlumatı yoxdur. Məhkəmə iclasında X2 nümayəndəsi X6 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəf X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 1867/2018 saylı qətnaməsindən görünür ki, X14 ilə Maraqlı şəxs Həziran oğlu arasında Kürdəmir rayon Karrar kənd İcra nümayəndəliyində bağlanmış 05 sentyabr 2008-ci il tarixli, 07 nömrəli nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından olan X17 iddiaçı X8 yanında saxlanılmış. 30 mart 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çanadək saxlanması üçün Maraqlı şəxs Həziran oğlundan 26 iyul 2018-ci il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq X12 verilməsi qət edilmişdir Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2018-ci il üzrə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2018-ci il tarixdən 130 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-1867/2018 saylı qətnaməsinə əsasən 30 mart 2010-cu il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləği 2018-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 04 fevral 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-1867/2018 saylı qətnaməsinə əsasən 30 mart 2010-cu il təvəllüdlü X1 üçün Maraqlı şəxs Həziran oğlundan tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar