Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-203/2022 06.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, cavabdeh X2 nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 2(027)-1397/2021 saylı qərardadı ilə 13.12.2020-ci il tarixdə vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən Tara müəssisəsindən cavabdehlər X10 və X6 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsinə dair qoyulmuş qadağanın götürülməsi barədə cavabdeh X2 nümayəndəsi X1 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsində baxılmış 2(027)-1397/2021 saylı iş üzrə cavabdeh X2 nümayəndəsi X3 28.04.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2(027)- 1397/2021 saylı iş üzrə yekun məhkəmə çıxarıldığını və həmin aktın qanuni qüvvəsini aldığını nəzərə alaraq, Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 2(027)- 1397/2021 saylı qərardadı ilə 13.12.2020-ci il tarixdə vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən Tara müəssisəsindən cavabdehlər X10 və X6 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsinə dair qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iddiaçı X15 cavabdehlər X10, X11, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi, 5 saylı Xaçmaz ərazi İdarəsi, üçüncü şəxslər X12, X7, X4, X8 qarşı “miras əmlakdan payın azaldılması və həmin əmlaklara mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında (reyest kitabı № 3, səhifə 65, qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli) şəhadətnaməyə əsasən 13.12.2020-ci il tarixdə Quba rayonunda vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən Tara müəssisəsindən cavabdehlər X10 və X6 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, həmin müəssisəyə və həmin torpaq sahəsində inşa olunmuş çayxana, marketlər və fermaya onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı X15 məhkəməyə iddianın təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, mahiyyəti üzrə işə baxılıb qurtaranadək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında (reyest kitabı № 3, səhifə 65, qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli) şəhadətnaməyə əsasən 13.12.2020-ci il tarixdə Quba rayonunda vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən Tara müəssisəsindən cavabdehlər X10 və X6 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən çıxarışın verilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki: Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 2(027)-1397/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən 13.12.2020-ci il tarixdə vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən Tara müəssisəsindən cavabdehlər X10 və X6 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi qadağan edilmişdir; Quba Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 2(027)-1397/2021 saylı qətnaməsi ilə 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X9 mülkiyyətində olan: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən “Tara” müəssisəsi; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi; Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-LC-*** VAZ 21214 minik avtomobili; "xxxx" KB ASC-də AZ27UBAZ**********1110AZN001 saylı hesabda depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat pulun 1/7 hissədə vərəsələr X15, X10, X11, X12, X7, X4 və X5 arasında bərabər bölünməsi qət edilmişdir; Sumqayıt Apelyasiya Məhkəməsinin 17.01.2022-ci il tarixli 2(105)-314/2022 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; Quba Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli 2(027)-1397/2021 saylı qətnaməsi 17.03.2022-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş materialları araşdırıb belə nəticəyə gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını təmin edtmək məqsədilə və təmin tədbirinin saxlanılmasına zərurət aradan qalxdığından, iş üzrə iddianı təmin etmə tədbiri barədə Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 2(027)-1397/2021 saylı qərardadı ləgv edilməli, Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 2(027)- 1397/2021 saylı qərardadı ilə 13.12.2020-ci il tarixdə vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən Tara müəssisəsindən cavabdehlər X10 və X6 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsinə dair qoyulmuş qadağa götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 2(027)-1397/2021 saylı qərardadı ilə iddianın təmin edilməsi ləğv edilsin. Quba Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 2(027)-1397/2021 saylı qərardadı ilə 13.12.2020-ci il tarixdə vəfat etmiş X9 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən Tara müəssisəsindən cavabdehlər X10 və X6 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsinə dair qoyulmuş qadağa götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-203/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-203/2022
06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver