Məhkəmə qərarları › İş №8(027)-203/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-203/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-203/2024 07.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(027)-987/2022 saylı icra sənədi üzrə Tələbkar ASC-nin məhkəmə və icra işlərinə nəzarət şöbəsinin müdiri X2 rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(027)-987/2022 saylı icra sənədi üzrə Tələbkar ASC-nin məhkəmə və icra işlərinə nəzarət şöbəsinin müdiri X2 rayon İcra və Probasiya şöbəsinin barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Tələbkar ərizəsində göstərmişdir ki, Quba rayon Məhkəməsinin e-2(027)-987/2022 saylı, 13 aprel 2022-ci il tarixli yekun qərarına əsasən, Borclu barəsində "Expressbank” ASC- nin xeyrinə cəmi 152.17 (yüz əlli iki manat on yeddi qəpik) tutulması qət edilmişdir. Daha sonra məhkəmə qətnaməsi icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Borclu yaşadığı ünvanına göndərilmişdir. Həmin vaxtdan borclu üçün könüllü icra edilməsi üçün vaxt verilmiş, lakin borclu qərarın könüllü icrasını yerinə yetirməmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq dövlət orqanlarına sorğular edilmiş, lakin borcluya məxsus hər hansı bir əmlak və gəlir növləri aşkar edilməmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev öz növbəsində xx.xx.2023-cü il tarixində qərar qəbul edərək, Borclu barədə icra sənədini icra edə bilmədiyi üçün icraata xitam vermişdir. Tələbkarın nümayəndəsi qeyd edir ki, Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı üçün əsas olan səbəblər aradan qalxmışdır, borclunun artıq ödəyicilik qabiliyyəti yaranmışdır. Belə ki, Borclu aparılan araşdırmalara əsasən hal-hazırda işləyir və əmək haqqı alır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, tələbkar və Quba rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə borclunun , tələbkarın və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra sənədi üzrə tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(027)- 987/2022 saylı saylı qətnaməsinə əsasən, iddia təmin olunmuş; Cavabdeh Borclu Məmrnədrza oğlundan 121,25 manat məbləğində əsas borcu və 0,92 manat faiz borcu oimaqla, ümumilikdə 122,17 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(027)-987/2022 saylı icra sənədinə əsasən” Borclu X1 cəmi 122.17 manat pul və 30 manat dövlət rüsumu tutularaq tələbkar “Expressbank" ASC-mn hesabına ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq 136265/22 saylı icra işı açılmış və borcluya "İcra Haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Eyni zamanda borclunun əmlak və gəlirlərini müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş o cümlədən əmlaklarına baxış keçirilmişdir. Lakin görülmüş tədbirlər nəticə verməmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun əmlak və gəlirlərini yenidən müəyyən edilməsi icra sənədinin icrasına zəmin yarada biləcəyindən, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və Quba rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(027)-987/2022 saylı icra sənədi yenidən icraya yönəldilərək, icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(027)-987/2022 saylı icra sənədi yenidən icraya yönəldilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar