Məhkəmə qərarları › İş №8(027)-203/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-203/2025

15.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-203/2025 15.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X4 ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-1655/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən 09 may 2018-ci il təvəllüdlü X7 və 24 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün Quba rayonu, Əlibəyqışlaq kəndində yaşayan Cavabdeh xeyrinə tutulan hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə nikaha daxil olmuşlar. Nikahları Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, sonradan barışmış və yenidən 27 yanvar 2022-cı il tarixində nikaha daxil olmuşlar. Quba rayon Məhkəməsinin 2(027)-1655/2023 nömrəli, 12 sentyabr 2023-cı il tarixli qətnaməsinə əsasən nikahı pozulmuş, birgə nikahdan anadan olmuş 09 may 2018-ci ildə X10, 24 iyun 2019-cu ildə X6 himayəmdə saxlanılması və hər uşağa 175 manat olmaqla, Cavabdeh hər ay, 350 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. O, uşaqlarını təkbaşına çox çətinliklə saxlayır. Heç bir yerdə işləmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment uşaqların tələbatlarını heç cür ödəmir. Bu məbləğlə uşağın qida, geyim xərclərini belə ödəmək mümkün deyildir. Halbuki cavabdehin daha yuxarı məbləğdə aliment ödəməyə imkanı vardır. Onun bağ sahəsi, əkin sahəsi və fərdi qaydada işləməklə qazancı var. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh maddi vəziyyətinin yaxşı olmamasını və bir sıra xəstləlikdən əziyyət çəkdiyini bildirərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 1655/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə X8 arasında xx.xx.2022-ci il tarixdə Quba Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 148 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, həmin nikahdan olan 07 iyun 2018-ci il təvəllüdlü X7 və 24 iyun 2019-cu il təvəllüdlü X6 anaları - Adıgözəlova (Ələkbərova) Pərvanə Ağamməd qızının yanında qalmaları müəyyən edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1413/2020 saylı qətnaməsilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 07 iyun 2018-ci il təvəllüdlü X7 və 24 iyun 2019cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Adıgözəlova (Ələkbərova) Pərvanə Ağamməd qızına ödənilməsi qərara alınmışdır. AR Mülki Prosessual Məcəlləsinin: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qərarın 8.4-2-ci yarımbəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir. Nəzərə alınmalıdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 1655/2023 saylı qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023cü ilin yanvar ayının 1-dən 2025-ci ilin yanvar ayının 1-dək minimum aylıq əmək haqqının məbləği 345 manat, xx.xx.2025-ci il tarixdən isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 1655/2023 saylı qətnaməsinə əsasən 11 may 2019-cü il təvəllüdlü X16 və 14 avqust 2020ci il təvəllüdlü X3 üçün müəyyən olunmuş aliment məbləğinin 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.51 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Ərizədə əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, 2023-cü il tarixli qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 0.51 misli həddində aliment tutulmasına dair nəticə əldə olunduğundan, məhkəmə ərizənin qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1655/2023 saylı qətnaməsinə əsasən 09 may 2018-ci il təvəllüdlü X10 və 24 iyun 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar