Məhkəmə qərarları › İş №8(027)-204/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-204/2024

10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-204/2024 10.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X17 oğlunun katibliyi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1629/2021 saylı icra sənədi üzrə tələbkar X3 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1629/2021 saylı icra sənədi üzrə tələbkar X2 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1629/2021 saylı icra sənədinin icra edilməsi üçün təkrar icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1629/2021 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X5 hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Aralarında şərtli razılaşma olduğundan ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, icra sənədinin geriyə qaytarılmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Hal-hazırda ayrı yaşayırılar. Övladlarına aylıq cəmi 150 manat aliment ödəyir. Bundan başqa heç bir ödəniş etmir. Əsas isə odur ki, onlar ayrı yaşayır, ailə münasibətləri yoxdur. Cavabdeh cəmisi 150 (yüz əlli) manatdan artıq aliment ödəmir. Məhkəmə iclasında şikayətçi X6 şikayəti müdafiə edərək, şikaytində qeyd edilənlərə uyğun izahat verərək, Quba rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin məhkəməyə qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1629/2021 saylı icra sənədinin icra edilməsi üçün təkrar icraya yönəldilməsi barədə şikayətin təmin olunmasını xahiş edir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1629/2021 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1629/2021 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarı ləğv edilsin və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1629/2021 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar