Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-206/2023 11.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 2(004)-2902/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 170 manat miqdarında sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Hal-hazırda Borclu 718 manat məbləğində borcu mövcuddur. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Quba rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi və tələbkar nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə təqdimat vermiş orqanın və tələbkarın nümayəndəsinin, habelə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 2(004)-2902/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 170 manat miqdarında sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmiş və qeyd edilən bildirişin qəbul edilməsi barədə təqdimata rəsmi məlumat əlavə edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 2(004)-2902/2022 saylı icra vərəqəsinə əsasən təyin olunmuş aliment borcunun müəyyən hissəsini ödəməklə 718 manat məbləğində borcu mövcuddur. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X6 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarına əsasən, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Hazırkı icra sənədi üzrə tərəflərin barışmaqla borcun olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(004)-2902/2022 saylı icra sənədi üzrə borclu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-206/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-206/2023
11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver