Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-207/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 2(067)-548/2022 saylı icra sənədinə əsasən 14.05.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12.01.2020-ci il tarixdən başlayaraq Borclu hər ay 190 manat məbləğində sabit pul şəklində aliment alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi 01.04.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün vaxt müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələbi könüllü təmin etməmişdir. Yaranmış borcun ödətdirilməsi, borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, borclu, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 2(067)-548/2022 saylı icra sənədinə əsasən 14.05.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12.01.2020-ci il tarixdən başlayaraq Borclu hər ay 190 manat məbləğində sabit pul şəklində aliment alınaraq Tələbkar verilməlidir. İş materiallarında olan 01.04.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 2(067)-548/2022 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədini könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Quba rayon İcra Şöbəsinə heç bir məlumat verməmişdir. Borclu tez-tez xarici ölkələrdə olması müəyyənləşdirilmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 2(067)-548/2022 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Borclunun icra sənədini icra etməmək üçün ölkə ərazisini tərk edəcəyi barədə şübhələr kifayət qədər inandırıcıdır. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 2(067)-548/2022 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 2(067)-548/2022 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 04.03.2022-ci il tarixli, 2(067)- 548/2022 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-207/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-207/2022
11.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver