Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-207/2024 20.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan daşınmaz əçlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 366/2024 saylı icra vərəqəsinə əsasən iş üzrə Borclu cəmi 20.000 manat məbləğində pul və 180 manat dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 1.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə təqdimat vermiş orqanın nümayəndəsinin, habelə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmənin iclasında Borclu izahatında bildirmişdir ki, o fərdi qaydada fəhlə işləyir, 20 000 manat Tələbkar borcu olduğunu bilir, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi barədə məlumatlıdır. Borcunu qaytaracağına söz verir, lakin onun adında torpaq sahəsi yoxdur, olsa belə üzərinə həbs qoyulmasına etiraz etmir və torpağı satıb borcunu ödəmək imkanı olardı. Hətta bu barədə məhkəmədə daşınmaz əmlaka sorğu göndərmiş, adında torpaq sahəsinin olmadığı müəyyən edilmişdir. Yalnız bir həyətyanı sahələri var, o da anasının mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materialında olan Quba Rayon Məhkəməsinin 2(027)-366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 20.000 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməsi, iddiaçı Tələbkar tərəfindən ödənilmiş 180 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba Rayon Məhkəməsinin 2(027)-366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Əlaə edilmiş sənədlərdən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində əmlak məlumatları haqqında çıxarışdan görünür ki, X1 mülkiyyətində fərdi yaşayış evi və 0.06 ha ümumi birgə torpaq sahəsi və 1.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”ndan göründüyü kimi, qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi üzərinə həbs qoyulması barədə təqdimat verilmiş əmlak olan torpaq sahəsi birgə mülkiyyətdə olmaqla borclunun payı qabaqcadan müəyyənləşdirilmədən həmin torpaq sahəsi üzərinə həbs qoyula bilməz. Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə Quba Rayon Məhkəməsinin 2(027)-366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu adına Quba rayonu, Zərdabi qəsəbəsində 1.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsinin 2(027)-366/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus Quba rayonu, Zərdabi qəsəbəsində 1.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-207/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-207/2024
20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver