Məhkəmə qərarları › İş №8(027)-21/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-21/2025

13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-21/2025 13.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X1 iştirakı ilə, X3 tərəfindən Alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilərək artırılması barəsində ərizəsinə baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(027)-4724/2017 nömrəli qətnaməsi ilə (alimentin 2017-ci ildən tutulması nəzərə alınaraq), Maraqlı şəxs 20 oktyabr 2011 -ci il təvəllüdlü X7 və 04 aprel 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80, iki uşağa görə 160 manat olan alimentin miqdarı artırılaraq, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunaraq, (400 manat x 0,69=276 manat) olmaqla, iki uşağa görə 1.38 misli, yəni 552 manat sabit pul məbləğində aliment təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2(027)-4724/2017 nömrəli qətnaməsi ilə 20 oktyabr 2011-ci il təvəllüdlü X7 və 04 aprel 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 27 noyabr 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs onun xeyrinə tutulması qət edilmişdir. Beləliklə, 2017-ci ildə minimum əmək haqqının 116 manat olması nəzərə alınaraq, həmin dövrdə övladlarımın saxlanılması üçün qarşı tərəfdən həmin məbləğin 0.69 mislini təşkil etmişdir. İndeksasiya qaydalarına uyğun olaraq, hazırkı ərizəmin 2025-ci ildə verilməsi nəzərə alınaraq, hər uşağa görə bu il üzrə 400 manat minimum əmək haqqının 0,69 misli (yəni 400x0,69=276 manat) olmaqla, iki uşağa görə 1.38 misli, yəni 552 manat sabit pul məbləğində aliment təyin edilməlidir. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-4724/2017 saylı qətnaməsindən görünür ki, 20 oktyabr 2011-ci il təvəllüdlü X7 və 04 aprel 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 27 noyabr 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X4 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Minimum aylıq əmək haqqının məbləğinin artırılması” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 yanvar 2017- ci il tarixdən 116 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-4724/2017 saylı qətnaməsinə əsasən 20 oktyabr 2011-ci il təvəllüdlü X7 və 04 aprel 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 27 noyabr 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X4 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsi üzrə müraciətini 27 noyabr 2017-ci il tarixdə etmiş və alimentin tutulmasının başlanma tarixi 07 dekabr 2017-ci il tarixli qətnamə ilə 27 noyabr 2017-ci il tarixdən hesablanmışdır. Odur ki, 20 oktyabr 2011-ci il təvəllüdlü X7 və 04 aprel 2015-ci il təvəllüdlü X2 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli Maraqlı şəxs Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-4724/2017 saylı qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 27 noyabr 2017-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulması 04 fevral 2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 20 oktyabr 2011-ci il təvəllüdlü X7 və 04 aprel 2015-ci il təvəllüdlü X2 üçün Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar