Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-211/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X1 vəkili X2 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1797/2022 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1797/2022 saylı qətnaməsi ilə Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqısatqı müqaviləsinin, Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinin və Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışın ləğv edilməsi qət olunmuşdur. İddiaçı X4 tərəfindən qeyd edilən qətnaməyə izah verilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)- 1797/2022 saylı qətnaməsi ilə Qusar rayon Notariat otisində təsdiq xx.xx.2020-ci il tarixli AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Hüququn ümumi prinspinə görə əgər ictimai münasibətlərin yaranması, dəyişməsi və xitam olunması üçün əsas olmuş müqavilə məhkəmə qərarı ilə etibarsız hesab edilirsə həmin münasibətlər yaranmadan öncəki vəziyyətə qaytarılmalıdır. Yəni mübahisələndirilən alqı-satqıdan öncə alqı-satqı müqaviləsinin predmeti olmuş əşya kimin adına dövlət qeydiyyatına alınmışdırsa həmin vəziyyətə qaytarılmalı idi. Qeyd edir ki, Qətnamə icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə göndərilmiş lakin, Xidmət qeyd edilən qətnamə ilə onun üzərinə hər hansı öhdəliyin qoyulmadığını əsas gətirərək torpaqlarla bağlı hüquqların əvvəlki vəziyyətə qaytarılaraq çıxarışın verilməsindən imtina elmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1797/2022 nömrəli qətnaməsinin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədi ilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 ərizəsinin məzmununa uyğun izahat vermiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyularsa, hüquqların əvvəlki vəziyyətə qaytarılacağının mümkünlüyünü bildirmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə hesab edir ki, qeyd edilən qətnamənin məzmununu dəyişdirmədən izah verilməsi ilə icrada yaranmış çətinliyi aradan qaldırmaq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmin Məcəllənin 337.5-ci maddəsinə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, qeyd edilən alqı-satqı müqavilələrinin və həmin əsasla verilmiş çıxarışın ləğv olunması barədə qanuni qüvvəyə minmiş qətnamə olduğundan, hazırda həmin müqavilələr üzrə hüquqi nəticələr müəyyən oluna bilməz və əqd üzrə alınanlar qaytarmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən qeyd edilən qətnamə üzrə hüquqların əvvəlki vəziyyətə qaytarılması ilə bağlı hərəkət və ya hərəkətsizlikdən müvafiq İnzibati məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən, qətnamənin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədi ilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsi barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 vəkili X2 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1797/2022 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-211/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-211/2023
15.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver