Məhkəmə qərarları › İş №8(027)-211/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-211/2024

25.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-211/2024 25.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ X26 Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1659/2019 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1659/2019 saylı qətnaməsi ilə X9, X16, X17, X14, X19, X15, X20, X25, X18 və X10 Quba şəhəri, Sabir küçəsi 37 saylı evə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən qeyd edilən qətnaməyə izah verilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 1659 saylı icra sənədinə əsasən X4, X16, X17, X14, X19, X15, X20, X25, X18 və X10 Quba şəhəri, Sabir küçəsi 37 saylı evə istifadə hüquqları itirilmiş hesab edilməlidir. X1 və X13 3000 (üç min) manat məbləğində kompensasiya ödənilməklə Quba şəhəri Sabir küçəsi 37 saylı evə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş e-154759/2024 saylı icra işi açılaraq, müvafiq qaydada icraata başlanılmışdır. Bundan sonra icra sənədi üzrə tələbkar İddiaçı xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1659 saylı icra sənədində 1500 manat kompensasiya ödənilməklə borclu X11 Quba şəhəri, Sabir küçəsi 37 saylı evədən istifadə hüququ itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılmasını tələb etmiş və bu halla əlaqədar (borclunun yaşayış evindən çıxarılması) izah verilməsini xahiş etmişdir. Lakin icra sənədində borclunun həmin yaşayış evindən çıxarılması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Evdən istifadə hüquqlarına xitam verilmə dedikdə buna çıxarılmanında aid olub-olmaması ilə bağlı tərəflər arasında mübahisəli hal olduğundan icra işi üzrə tələbin təmin edilməsində çətinliklər yaranmışdır. Qeyd olunanları nəzərə alınaraq icra sənədinin nəticə hissəsinə izah verilməsi üçün zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tələbkar, borclu məhkəmə iclasına gəlməmiş, habelə Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə hesab edir ki, qeyd edilən qətnamənin məzmununu dəyişdirmədən izah verilməsi ilə icrada yaranmış çətinliyi aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Şərh olunanlara əsasən, qətnamənin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədi ilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsi barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1659/2019 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar