Məhkəmə qərarları › İş №8(027)-212/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-212/2023

19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-212/2023 19.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Tələbkar ASC “Xalq Bank”-ın nümayəndəsi Babaşov Orxan Əyyar oğlunun iştirakı ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(027)-87 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək hesablanmış 5.667,79 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2020-ci il tarixədək gecildirilmiş məbləğə hesablanmış 570 ABŞ dolları məbləğində peniya, cəmi 6237,79 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul vəsaiti Borclu alınaraq ASC “Xalq” Bankının xeyrinə ödənilməlidir. Tələbkar tərəfindən Dövlət büdcəsinə köçürülmüş 136,78 manat dövlət rüsumundan 54 manat isə borcludan alınaraq tələbkara ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 90010/2023 saylı icra işi açılmış, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “icra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Hazırda Borclu bu vaxta 200 manat ödəniş etmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində onun adına “VAZ 21214” minik, **-ZH-*** və “Mercedes Benz E350” minik **-BS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Ona görə də tələbin borcluya məxsus olan avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Ona görə də təqdimatın təmin olunaraq Borclu əmlakları üzərinə həbs qoyulmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə tələbkar ASC “Xalq Bank”–ın nümayəndəsi Babaşov Orxan Əyyar oğlu bildirmişdir ki, borclunun adına 2 avtomaşın, 3 torpaq sahəsi olması müəyyən edilib. Avtomaşınların üzərinə həbs qoyulmasını istəyirlər. Borclunun adına olan Mersedes minik markalı avtonəqliyyat üzərinə həbs qoyulması kifayət edir. Təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, borclu və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Məhkəmə tələbkarı dinləyib, borclunun əmlakı üzərində həbs qoyulması barədə təqdimatı və işin materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-87/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək hesablanmış 5.667,79 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2020-ci il tarixədək gecikdirilmiş məbləğə hesablanmış 570 ABŞ dolları məbləğində peniya, cəmi 6.237,79 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul vəsaiti cavabdeh Borclu iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmalıdır, iddiaçı tərəfindən Dövlət büdcəsinə köçürülmüş 136,78 manat dövlət rüsumundan 54 manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş materiallarında olan ASC “Xalq” Bankının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, icra sənədi üzrə borclu tərəfindən 200 ABŞ dolları ödəniş olunmuşdur, icra sənədi üzrə cari tarixə qalıq borc məbləği 6037,79 ABŞ dolları və 54 manat rüsum borcu təşkil edir. İş materiallarından görünür ki, Elektron məhkəmə portalından əldə olunmuş çıxarışa əsasən Borclu adına “VAZ 2124” minik markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ E350” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Yuxarıda göstərilən qanunun normasından da görünür ki, borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması lazım olan miqdarda və həcmdə olmalıdır. Borclunun tələbkara ödəməli olduğu məbləği nəzərə alaraq borclunun mülkiyyətində olan torpaq sahələrinin birinin üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Təqdimat qismən təmin olunmalıdır. Məhkəmə iclasında icra məmurunun verdiyi izahatdan və işin materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-87/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu “MERCEDES BENZ E350” minik markalı, **-BS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-87/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu “MERCEDES BENZ E350” minik markalı, **-BS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə həbs həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar