Məhkəmə qərarları › İş №8(027)-213/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-213/2022

26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-213/2022 26.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 Quba Rayon Məhkəməsinə təqdimat verərək, Quba rayonu, Güləzi kəndində yaşayan Borclu İlyas oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli, 2(027)-2180/2019 saylı icra sənədinə əsasən Borclu İlyas oğlundan 05.09.2019-cu il tarixdən başlayaraq 17.02.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alıment və 17.02.2019-cu il təvəllüdl X4 müalicəsi ilə bağlı hər ay əlavə xərclər üçün 50 manat məbləğddə pul vəsaiti alınıb X1 verilməlidir. Qeyd olunan icra sənədi üzrə 23.01.2020-ci il tarixli icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmiş, lakin borclu bu günə kimi icra sənədinin icrasını tam təmin etməmişdir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu İlyas oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu İlyas oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə Borclu İlyas oğlu, tələbkar X2 və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli, 2(027)-2180/2019 saylı icra sənədinə əsasən Borclu İlyas oğlundan 05.09.2019-cu il tarixdən başlayaraq 17.02.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alıment və 17.02.2019-cu il təvəllüdl X4 müalicəsi ilə bağlı hər ay əlavə xərclər üçün 50 manat məbləğddə pul vəsaiti alınıb X1 verilməlidir. İş materiallarında olan 23.01.2020-ci il tarixli bildirişdən görünür ki, Borclu İlyas oğluna icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. İşdə olan sənədlərdən görünür ki, Borclu İlyas oğlu müəyyən tarixlərdə ölkə hüdudlarından xaricə gedib gəlir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli, 2(027)-2180/2019 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu İlyas oğluna icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədi könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Quba rayon İcra və probasiya şöbəsinə heç bir məlumat verməmişdir. Borclu İlyas oğlunun tez-tez xarici ölkələrdə olması müəyyənləşdirilmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, borclu Məmmədov X6 Rayon Məhkəməsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli, 2(027)-2180/2019 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli, 2(027)-2180/2019 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu İlyas oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli, 2(027)-2180/2019 saylı icra sənədi üzrə Borclu İlyas oğlunun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 12.12.2019-cu il tarixli, 2(027)-2180/2019 saylı icra sənədi üzrə Borclu İlyas oğlunun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar