Məhkəmə qərarları › İş №8(027)-213/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-213/2023

19.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-213/2023 19.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İş üzrə Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu ünvan 1 ünvanda yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, e-2(027)-832/2022 saylı icra sənədi üzrə borclu ünvan 1 ünvanda yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. İş üzrə tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə Borclu Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən nə rəsmi qaydada nə də ki, qeyri rəsmi qaydada şöbəyə dəvət edilmədiyini, dəvət edildiyi vaxt isə çağrışa gedəcəyini bildirmişdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə Borclu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-832/2022 saylı icra sənədinə əsasən Borclu ümumilikdə 5000 manat sığorta ödənişinin məbləği və 70,40 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildirişdə Borclu icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdar olunması göstərilmişdir. İş materialları ilə Borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəb olmadan yayınması sübut olunmur. Ona görə də təqdimat təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar