Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-220/2022 10.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 və borclu X6 iştirakı ilə, Quba rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə X1 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən e t d i: Quba rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə X2 Quba rayon İcra Şöbəsinin icra məmuru X9 03.11.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə X7 ərizəsinin təmin edilməsi və Quba rayon İcra Şöbəsinin icra məmuru X9 03.11.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 ərizəsində göstərmişdir ki, o cavabdeh X8 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021 -ci il tarixli, 2(027)- 1265/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onun övladları X10 və Rəhmanova incə Fazil qızı ilə birlikdə Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. Bundan sonra mülki iş icra olunması üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası mərhələsində icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi üçün vaxt təyin edilmiş və 11 yanvar 2022-ci il tarixdə icra məmurlarının və digər şəxslərin iştirakı ilə akt tərtib edilərək onun və övladlarının qətnamədə qeyd edilən fərdi yaşayış evinə köçürülməyilə bağlı icra tədbirinin uğurla həyata keçirildiyi və işin icra olunduğu qeyd edilmiş, bununla bağlı ondan ərizə alınmışdır. Belə ki, həmin vaxt iş üzrə borclu X13 onu və icra məmurlarını aldadaraq onları evə köçürülməyinə heç bir maneə yaratmayacağını bildirmişdir. Lakin icra məmurları ərazidən uzaqlaşandan sonra borclu yenidən onu və övladlarını qeyd edilən fərdi yaşayış evindən qovmuş və həmin evdə yaşamağa qoymayacağını bildirmişdir. Bununla da Azərbaycan Resublikasının adından qəbul edilmiş məhkəmə qətnaməsi reallıqda icra olunmayaraq onun ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. O sonradan qeyd edilən icra sənədinin reallıqda icra edilməməsi və iş üzrə borclunun onu və azyaşlı övladlarını qətnamədə köçürülməyi tələb edildiyi fərdi yaşayış evindən qovduğunu qeyd etməklə yenidən icra hərəkətlərinin davam etdirilməsini tələb etsə də, ona 11 yanvar 2022-ci il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərar təqdim edilərək, Quba Rayon Məhkəməsinin 03.11.2021 -tarixli, 2(027)-1265/2021 saylı icra sənədinə xitam verilməsi bildirilmişdir. O həmin qərarı rəsmi qaydada 12 may 2022-ci il tarixdə aldığı üçün qərardan şikayət verməklə bağlı müddəti ötürməmişdir. Göründüyü kimi iş üzrə borclu X3 adından çıxarılmış məhkəmə qətnaməsinin icrasına mane olur, o və uşaqları məhkəmə qətnaməsi ilə köçürüllməsi qət edildiyi fərdi yaşayış evinə faktiki olaraq köçürülməmişdir. İcra sənədi icra olunmadığı üçün icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv edilərək, 2(027)- 1265/2021 saylı mülki iş icra olunması üçün yenidən Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq, Quba rayon İcra Şöbəsinin icra məmuru X9 03.11.2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. İş üzrə borclu X13 bildirdi ki, 2(027)-1265/2021 saylı mülki iş üzrə apelyasiya şikayəti verib, hal-hazırda 2(027)-1265/2021saylı mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Ona görə şikayətin təmin edilməməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Quba rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(027)-1265/2021saylı icra sənədi üzrə X1 Quba rayon İcra Şöbəsinin icra məmuru X9 03.11.2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin 04.05.2022-ci il tarixli, 2(027)- 1265/2021 saylı qərardadından görünür ki, cavabdeh X6 Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1265/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılmasına dair Quba Rayon Məhkəməsinin 19.04.2022-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadından cavabdeh X6 verdiyi şikayət baxılması üçün 2(027)-1265/2021 saylı mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 Quba Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə X5 şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 Quba rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə X5 şikayəti təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-220/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-220/2022
10.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver