Məhkəmə qərarları › İş №8(027)-221/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-221/2022

27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-221/2022 27.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X1 qızının katibliyi ilə, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 14.04.2016-cı il tarixli 2(004)-3659 il tarixli icra sənədinə əsasən Borclu 2712 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 29,40 manatı tələbkara aid edilməli, qalan 0,60 qəpik məbləğində pul isə Borclu alınaraq Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 13.12.2017-ci il tarixində Quba rayon icra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Quba rayon Məhkəməsinin 2 Yasamal Rayon Məhkəməsinin 14.04.2016-cı il tarixli 2(004)-3659 il tarixli icra sənədinə əsasən Borclu vurulmuş maddi zərərin əvəzi olaraq 2712 (iki min yeddi yüz on iki) manat Tələbkar xeyrinə tutulmuşdur. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 13.12.2017-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilsə də, həmin bildirişin borclu tərəfindən qəbul edilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 11.04.2022-ci il tarixli məktubundan görünür ki, Borclu 26.03.2019-cu il tarixli, 165 saylı ərizəsinə əsasən 23.02.2019-il tarixdə vəfat etmiş Tələbkar qanun üzrə vərəsələri sırasına daxildir. Hazırda isə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovtəyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin, hazırki iş üzrə Borclu icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Tələbkar öldüyündən, borclu isə tələbkarın vərəsəsi olduğundan və hazırda məhkəmələrdə vərəsəliklə bağlı mübahisə olduğundan Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat təmin edilə bilməz. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Yasamal Rayon Məhkəməsinin 14.04.2016-cı il tarixli 2(004)-3659 il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar