Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-222/2022 06.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(027)-1664/2021 nömrəli qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair X1 ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(027)-1664/2021 nömrəli qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsinin cavabdehlər və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə anası, X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsindən cavabdehlər X6 və "xxxx" MMC-nin çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikililərin sökülməsi və cavabdehlər tərəfindən torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iş üzrə cavabdehlərin torpaq sahəsinin özgəninkiləşdirilməsi təhlükəsi olduğu üçün o, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsinin cavabdehlər və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(027)-1664/2021 nömrəli qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsinin cavabdehlər və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra o cavabdehlər ilə olan mübahisəni öz aralarında həll etmişdir. Quba Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə 2(027)-1664/2021 saylı iş baxılmamış saxlanılmışdır. O, mübahisəni öz aralarında həll etdiyi üçün 17.09.2021-ci il tarixdə sənədlərin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehlərlə aralarında olan mühabisə həll edilmişdir. Lakin həmin torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülməmişdir. Ona görə də, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə anası, X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə, X1 ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(027)-1664/2021 saylı qərardadından görünür ki, mülki işə mahiyyəti üzrə baxılana kimi Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsinin cavabdehlər və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi qadağan edilmiş və həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş, qərardad icraya yönəldilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1664/2021 saylı, 13.09.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı, X3 cavabdehlər X6 və "xxxx" MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin olunması məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər Göstərilənləri nəzərə alaraq, məhkəmə, tərəflər aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etdiklərindən, Quba Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(027)-1664/2021 saylı qərardadı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN- 1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini qanuna uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 162.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 ərizəsi təmin edilsin. Quba Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(027)-1664/2021 nömrəli qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2 verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-1177 KOD 30319018 saylı Dövlət Aktına əsasən, Quba rayon İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,20 ha torpaq sahəsinin cavabdehlər və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri ləğv edilsin və həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-222/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-222/2022
06.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver