Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-222/2024 08.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Quba Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(027)-331/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1970-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu və X5 15651.26 manat məbləğində pul vəsaiti və 138 manat dövlət rüsumu tutularaq tələbkar "X9" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə borc 15651.26 manat məbləğində pul vəsaiti və 138 manat dövlət rüsumu təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, borclu, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 2(027)-331/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı Tələbkar ASC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv ediləməli, cavabdehlər Borclu və X5 birgə qaydada 14227,85 manat məbləğində əsas və 1423,41 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 15651,26 manat məbləğində kredit borcu və 138 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 2(027)-331/2023 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədini könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Quba rayon İcra Şöbəsinə heç bir məlumat verməmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 2(027)-331/2023 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Borclunun icra sənədini icra etməmək üçün ölkə ərazisini tərk edəcəyi barədə şübhələr kifayət qədər inandırıcıdır. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 2(027)-331/2023 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 2(027)-331/2023 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, 2(027)-331/2023 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-222/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-222/2024
08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver