Məhkəmə qərarları › İş №8(027)-223/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-223/2022

02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-223/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına baxaraq müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyev təqdimat ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 8(027)-39/2017 saylı, 03 fevral 2017-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 211032” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 07.03.2016-cı il tarixli, 2(027)- 1455/2016 saylı icra sənədinə əsasən borclular Borclu və X1 cəmi 3743.16 ABŞ dolları məbləğində borc pul 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş 1117/16 saylı icra işi açılmışdır. Eyni zamanda iş üzrə borclu tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Lakin borclu tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmişdir. Ona görə də, tələb Borclu mülkiyyətində olan ”VAZ- 211032” markalı, **- BF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi üçün Quba rayon məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin 03.02.2017-ci il tarixli, 8(027)- 39/2017 saylı qərardadına əsasən həmin avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı iş üzrə Tələbkar ASC-nin məktubdan məlum olmuşdur ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Göstərilənləri nəzərə alaraq Borclu mülkiyyətində olan ’’VAZ-211032” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə Quba Rayon Məhkəməsinin 03.02.2017-ci il tarixli, 8(027)-39/2017 saylı qərardadlı həbsin götürülməsi xahiş olunmuşdur. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 07.03.2016-ci il tarixli 2(027)- 1455/2016 saylı icra sənədinə əsasən xx xxxxxx 1988-ci ildə Azərbaycan Respublikası Quba rayonu Bağbanlı kəndində anadan olmuş, Quba rayonu Bağbanlı kəndində qeydiyyatda olan və yaşayan Borclu və 17 may 1988-ci ildə Azərbaycan Respublikası Quba rayonu Bağbanlı kəndində anadan olmuş, Quba rayonu Bağbanlı kəndində qeydiyyatda olan və yaşayan X1 müştərək qaydada 2238,09 ABŞ dolları əsas borc, 1505,07 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3743,16 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, ünvan 1 ünvanda yerləşən Tələbkar ASC-yə ödənilməlidir. Quba Rayon Məhkəməsinin 8(027)-39/2017 saylı, 03 fevral 2017-cı il tarixli qərardadına əsasən Borclu adına olan “VAZ 211032” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Quba Rayon İcra və probasiya şöbəsinin 12.05.2022-ci il tarixli qərarına əsasən, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 07.03.2016-ci il tarixli 2(027)- 1455/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 8(027)- 39/2017 saylı, 03 fevral 2017-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 211032” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-39/2017 saylı, 03 fevral 2017-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 211032” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar