Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-23/2023 02.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsinin 2(027)-1145/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı belə əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1145/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 verilməlidir. Qeyd olunan icra sənədi üzrə 179168/2022 saylı icra işi açılmış, xx.xx.2022-ci il tarixdə tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Təqdimatın baxılma yeri və vaxtı barədə borclu, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1145/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X7 anası X5 yanında saxlanılsın; xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 mart 2022-ci il tarixdən cavabdeh Borclu hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 verilməlidir. İş materiallarından görünür ki, Elektron məhkəmə portalından əldə olunmuş çıxarışa əsasən Borclu adına “VAZ 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus “VAZ 21154” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1145/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “VAZ 21154” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Quba rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-23/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-23/2023
02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver