Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-237/2022 17.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, X1 iştirakı ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X3 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2(027)-2271/2019 №-li icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2(027)-2271/2019 №-li icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər uşağa görə hər ay 130 manat olmaqla, üç uşağa görə hər ay cəmi 390 manat sabit pul məbləğində aliment X2 tutularaq X5 verilməlidir. İş üzrə tələbkar X7 xx.xx.2021-ci il tarixli ərizəsi ilə Quba rayon İcra və probasiya şöbəsinə müraciət edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2(027)-2271/2019 №-li icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2(027)-2271/2019 №-li icra sənədi Quba rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar X3 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2(027)-2271/2019 №-li icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər uşağa görə hər ay 130 manat olmaqla, üç uşağa görə hər ay cəmi 390 manat sabit pul məbləğində aliment X2 tutularaq ona verilməlidir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 2(027)-2271/2019 №-li icra sənədi Quba rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam edtdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə borcluya və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X1 şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(027)-2271/2019 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında 20 oktyabr 2021-ci il tarixli qərarından tələbkar X3 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X1 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 20 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-237/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-237/2022
17.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver