Məhkəmə qərarları › İş №8(027)-239/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-239/2024

25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-239/2024 25.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Quba rayon Məhkəməsinin 2(027)-40/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon Məhkəməsinin 2(027)-40/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X8 və X2 və üçüncü şəxs Quba rayonu Digah- Xucbala Bələdiyyəsi qarşı “qanunsuz olaraq zəbt olunmuş torpaqdan çıxarılma və ona vurulmuş mənəvi ziyana görə pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçı X5 mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.metr hissəsindən çıxarılması, cavabdeh X6 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçı X5 mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılması qət edilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra sənədində mübahisəli torpaq sahələrinin hasara alındığı məftil və setkaların, əkilmiş ağac və köşkün borclular tərəfindən həmin torpaq sahəsindən çıxarılmalı olub-olmaması ilə əlaqədar Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra vərəqəsinə əsasən borclu X4 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən tələbkar X5 mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.m hissəsindən çıxarılmalıdır. X3 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, 18 03.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən tələbkar X5 mülkiyyətində olan Quba rayonu, Yuxarı- Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxıl olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcraat zamanı iş üzrə tələbkar tərəf icra sənədinə izah verilməsi barədə ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Belə ki, borcluların çıxarılmalı olduğu mübahisəli torpaq sahələrinin məftil və setka hasara alındığı eləcə də oraaa ağacların əkildiyi və dəmir köşk yerləşdirildiyi üçün tələbkar tərəf həmin əmlak və qurğuların borclular tərəfindən çıxarılmalı olduğunu əsas gətirmişdir. Lakin icra sənədində qeyd olunan hallarla bağlı birbaşa tələblər irəli sürülmədiyi üçün icra sənədinin icraatında çətinliklər yaranmışdır. Qeyd olunanları nəzərə alınaraq icra sənədinə izah verilməsi üçün zərurət yaranmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, MPM-in 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin Quba rayon Məhkəməsinin 2(027)-40/2023 saylı, 29 noyabr 2023cü il tarixli qətnaməsinin izah edilməsi üçün əsas yoxdur, çünki qətnamədəki bütün ifadələr anlaşılandır. Həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-40/2023 saylı icra vərəqəsinə əsasən borclu X4 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən tələbkar X5 mülkiyyətində olan Quba rayonu, Yuxarı-Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 650 kv.m hissəsindən çıxarılmışdırsa, eləcə də X3 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********16 reyestr nömrəli, 18 03.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən tələbkar X5 mülkiyyətində olan Quba rayonu, Yuxarı- Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 550 kv.m hissəsindən çıxarılmışdırsa qətnamə icra olunmuş hesab edilir. Bununla da icra edilmiş qətnaməyə izah verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (mad.230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (mad.230.3) Məhkəmənin qeyd edilən qətnaməsində aydın şəkildə qətnamənin nəticə hissəsi göstərilmişdir və məhkəmə hesab edir ki qeyd edilən qətnamənin izahı üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Məhkəməsinin 2(027)-40/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar