Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-24/2023 03.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad mütəllim oğlunun katibliyi ilə Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2485/2022 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatına baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-2485/2022 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin 2(027)-2485/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə üç uşağa görə 450 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. İş üzrə Tələbkar ərizəsinə əsasən Quba rayon məhkəməsinin 2(027)-2485/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən, Quba rayon məhkəməsinin 2(027)-2485/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməlidir İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-2485/2022 saylı icra sənədinə əsasən, Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 20 noyabr 2012-ci il təvəllüdlü X5, 24 fevral 2016-ci il təvəllüdlü X6 və 25 sentyabr 2020-ci il təvəlludliı X7 adlı uşaqları anaları X1 himayəsində qalsınlar. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 20 noyabr 2012-ci il təvəllüdlü X5, 24 fevral 2016-cı il təvəllüdlü X6 və 25 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, iş üzrə icraata xitam verilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi tələbkarın ərizəsi əsasında icra olunmamışdır. Tələbkarın hazırda borcludan aliment tələb etməməsi icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas deyil. Belə ki, icra məmuru icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytara bilər. Belə olan halda məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2485/2022 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatı təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267-269-cu maddələrinə əsasən məhkəmə qərara aldı: Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2485/2022 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-24/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-24/2023
03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver