Məhkəmə qərarları › İş №8(027)-242/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-242/2023

26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-242/2023 26.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclu ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1618/2021 saylı icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məlumat üçün bildirilir ki, Borclu bugünə kimi tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və 4400 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi və tələbkar nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə təqdimat vermiş orqanın və tələbkarın nümayəndəsinin, habelə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1618/2021 saylı icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmiş və müvafiq imza etməklə bildirişi almışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən Borcluunun ölkə ərazisini tərk edəcəyi təqdirdə qeyd edilən icra sənədinin icra olunmama mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1618/2021 saylı icra sənədinə əsasən borclu xx xxxxxx 1988-ci ildə ünvan 1ində doğulmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar