Məhkəmə qərarları › İş №8(027)-242/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-242/2024

22.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-242/2024 22.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsinin 2(027)-403/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı belə əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi tərfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-403/2017 saylı icra sənədinə əsasən Borclu 6945 manat borc və 73,04 manat ekspertiza xərci tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya Sistemindən əldə edilmiş məlumatda Borclu mülkiyyətində olan Quba rayonu, Alpan kəndində 0,46 ha torpaq sahəsi aşkarlanmışdır. Tələbin borccluya məxsus torpaq sahələrinə yönəldilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 50ci maddəsini rəhbər tutaraq borcluya Borclu məxsus olan Quba rayonu, Alpan kəndində yerləşən 0,46 ha torpaq sahəsi, üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Borclu tələbkarın xeyrinə bu vaxta kimi heç bir ödəniş etməmiş, hazırda icra işi üzrə borcu 7018,04 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, borclunun əmlakı üzərində həbs qoyulması barədə təqdimatı və işin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 403/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 6945 manat borc və 73,04 manat ekspertiza xərci tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan JN-769 KOD 30306018 saylı Torpağın Mülkiyyət Hüququna X8 görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə X4, X5 və Polado ilqar Təhmasib oğlunun mülkiyyətinə Quba rayonu Alpan kəndi ərazisindən 0,46 hektar torpaq sahəsi verilmişdir. Elektron məhkəmə portalından əldə olunmuş çıxarışa əsasən Borclu adına Quba rayonu, Alpan kəndi ərazisində 0,46 ha torpaq sahəsi vardır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında icra məmurunun verdiyi izahatdan və işin materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-403/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Alpan kəndi ərazisində yerləşən 0,46 ha torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-403/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Alpan kəndi ərazisində yerləşən 0,46 ha torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar