Məhkəmə qərarları › İş №8(027)-243/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-243/2023

26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-243/2023 26.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-548/2022-006 saylı icra sənədinə əsasən Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-548/2022-006 saylı icra sənədinə əsasən borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Borclu hər ay 190 (yüz doxsan) manat məbləğində aliment tutularaq, Tələbkar verilməlidir. İcra sənədi üzrə 68474/22 saylı icra işi açılmış, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya "İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkarın xeyrinə heç bir məbləğdə pul ödəniş etməmişdir. Borclu, Borclu əmlaklarının axtarışı nəticəsində sorğu portalından əldə etdiyimiz məlumata əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillər məlum olmuşdur. Qeyd olunanlara əsasən icra sənədi üzrə tələbin borclunun adına olan aftonəqliyyat vasitələrinə yönəldilməsi məqsədə müvafiq hesab edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə borclu, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş sənədlərində olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 548/2022-006 saylı icra sənədinə əsasən borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Borclu hər ay 190 (yüz doxsan) manat məbləğində aliment tutularaq, Tələbkar verilməsi qət edilmişdir. İş sənədlərində olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarlarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(067)-548/2022-006 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş sənədlərinə əlavə olunan xx.xx.2023-cü il tarixli 3533 saylı məlumatından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-548/2022-006 saylı icra sənədinə əsasən, Borclu bu günə qədər Tələbkar hesabına heç bir ödəniş etməmiş və hal-hazırda 3040 manat aliment borcu yaranmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur Məhkəmə icra sənədi üzrə tələbin həcmini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, qərarın icrasını təmin etmək məqsədilə borcluya məxsus “Vaz 21074” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-548/2022-006 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “VAZ 21074” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar