Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-243/2024 25.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İş üzrə Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu ünvan 1ində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin e-2(027)- 1256/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 559.4 AZN əsas, 60 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 153 AZN əsas, 16 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 280.6 AZN əsas, 28 manat cərimə, xx.xx.2022ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 120.3 AZN əsas, 12 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 641.4 AZN əsas, 65 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1489.9 AZN əsas, 150 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1534.8 AZN əsas, 151 manat cərimə olmaqla, ümumilikdə, yeddi müqavilə üzrə 4779,4 manat əsas borc və 482 AZN cərimə borc və dövlət rüsumu üçün ödənilmiş 82.12 manat məbləğdə pul vəsaiti tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində gösərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməmişdir. Lakin borclu bu günə dək icra sənədini üzrə tələbi icra etməmişdir. Məlumat üçün bildirilir ki, bu günə kimi Borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq borclu Quba rayon, Zərdabi kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi üçün qərar verilməsini xahiş etmişdir. İş üzrə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə müraciət edərək, təqdimata iştirakı olmadan baxılması və təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə Borclu Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən nə rəsmi qaydada, nədə ki qeyri rəsmi qaydada şöbəyə dəvət edilmədiyini, dəvət edildiyi vaxt isə çağrışa gedəcəyini bildirmişdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə Borclu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon Məhkəməsinin e-2(027)- 1256/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 559.4 AZN əsas, 60 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 153 AZN əsas, 16 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 280.6 AZN əsas, 28 manat cərimə, xx.xx.2022ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 120.3 AZN əsas, 12 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 641.4 AZN əsas, 65 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1489.9 AZN əsas, 150 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1534.8 AZN əsas, 151 manat cərimə olmaqla, ümumilikdə, yeddi müqavilə üzrə 4779,4 manat əsas borc və 482 AZN cərimə borc və dövlət rüsumu üçün ödənilmiş 82.12 manat məbləğdə pul vəsaiti tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildirişdə Borclu icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdar olunması göstərilmişdir. İş materialları ilə Borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəb olmadan yayınması sübut olunmur. Ona görə də təqdimat təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclu ünvan 1ində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-243/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-243/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver