Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-245/2023 30.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1257/2022 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1257/2022 saylı qətnaməsi ilə X3 oğlu - xx.xx.2018-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 18:00-dək görüş vaxtı müəyyən edilməsi qət olunmuşdur. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10tərəfindən qeyd edilən qətnaməyə izah verilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1257/2022 saylı icra sənədinə əsasən X3 oğluxx.xx.2018-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günü saat 10:00- dan 18:00-dək görüş vaxtı müəyyən edilməlidir. Həmin icra sənədi icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda iş üzrə tərəflər şöbəyə dəvət olunaraq icra sənədinin mahiyyəti,qanunvericiliyin tələbləri,sözü gedən azyaşlı uşağın vaxtında tələbkara vermək vəzifəsinin borclu X4 üzərinə, uşağı vaxtında tələbkara qaytarmaq vəzifəsinin tələbkar X3 üzərinə düşdüyü və icra sənədinin icrasına qərəzli şəkildə maneəçilik törədildikdə daşıyacaqları məsuliyyət ətraflı izah olunmuşdur. Tərəflər icra evində görüşməsini təklif etsə, də borclu X1,tələbkar X7 övladı X8 ilə öz bu təklifə etiraz etmişdir. Ona görə də icraatda tərəflər arasında mübahisələr yaranmışdır. Bu səbəbdən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1257/2022 saylı icra sənədinin icrasında çətinliklər yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1257/2022 nömrəli qətnaməsinin hansı qaydada icra olunması ilə bağlı izah verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişldilər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, qeyd edilən qətnamənin icrası qaydası barədə izah verilməsinə dair müraciət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1257/2022 saylı qətnaməsilə X3 oğlu - xx.xx.2018-ci il təvəllüdlü X8 ilə görüş vaxtı hər həftənin şənbə və bazar günü saat 10:00dan 18:00-dək müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən icra sənədi üzrə tələblər aydın olmadıqda və qətnamənin məzmununu dəyişdirmədən izah verilməsi mümkünlüyü qeyd edilmişdir. Qeyd edilən qətnamənin məzmununda görüş yeri ilə bağlı qeyd müəyyən edilməmişdir. Belə olan halda aydın olmayan tələbin nədə ifadə olunduğu da qeyri-müəyyəndir. Göründüyü kimi, izah barədə müraciətdə tələbin hansı qaydada icra olunması ilə bağlı izah verilməsi xahiş olunmuşdur ki, icra qaydasının müəyyən edilməsi icra məmurunun diskresion səlahiyyətinə (qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi) aid olan məsələdir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1257/2022 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-245/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-245/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver