Məhkəmə qərarları › İş №8(027)-247/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-247/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-247/2023 30.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin е- 2(027)-2150 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək borclu Quba şəhəri, SMU-12, yataqxana ünvanında yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin е-2(027)-2150 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1779,45 manat məbləğində pul vəsaiti və 38,20 manat dövlət rüsumu alınaraq, “Unibank “ KB ASC-nin xeyrinə ödənilməlidir. Quba şəhəri, SMU-12, yataqxana ünvanında yaşayan Borclu icra sənədinin icrası ilə əlaqədar icra sənədini icra edən icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin icrasını təşkil etmək məqsədi ilə borclunun Quba rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin olunmalıdır. İş sənədlərində olan Quba Rayon Məhkəməsinin е-2(027)-2150 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1779,45 manat məbləğində pul vəsaiti və 38,20 manat dövlət rüsumu alınaraq, “Unibank “ KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş sənədlərində olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Borclu Quba Rayon Məhkəməsinin е-2(027)-2150 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyəcəyi halda barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən icra sənədinin könüllü icra edilməsi ilə bağlı Borclu rəsmi bildiriş göndərilmişdir. Qeyd edilən bildirişin xəbərnaməsinin surətində məlum olur ki, bildiriş müvafiq imza ilə iimzalanaraq qəbul edilmişdir. Məhkəmə hesab edir ki,qeyd edilən icra sənədinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, borclu Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və icrası Quba rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin е- 2(027)-2150 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu, Quba şəhəri, SMU-12 yataqxana ünvanında yaşayan xx xxx 1988-ci il təvəllüdlü Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar