Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-249/2022 20.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli, 2(027)-1360/2018 saylı icra sənədinə əsasən Borclu ümumilikdə 2599 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq, tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün vaxt müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələbi könüllü təmin etməmişdir. Yaranmış borcun ödətdirilməsi, borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Borclu imkanı olmadığına görə icra sənədini icra edə bilmədiyini, xarici pasportunun olduğunu, Rusiya Federasiyasına, oğlunun yanına gedib-gəldiyini bildirərək, təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Ona görə də məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli, 2(027)-1360/2018 saylı icra sənədinə əsasən Borclu 2599 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli, 2(027)-1360/2018 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədi könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Quba rayon İcra Şöbəsinə heç bir məlumat verməmişdir. Borclu xarici ölkələrdə olması müəyyənləşdirilmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli, 2(027)-1360/2018 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Borclunun icra sənədini icra etməmək üçün ölkə ərazisini tərk edəcəyi barədə şübhələr kifayət qədər inandırıcıdır. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli, 2(027)-1360/2018 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, iş üzrə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli, 2(027)-1360/2018 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli, 2(027)- 1360/2018 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-249/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-249/2022
20.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver