Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-250/2022 23.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə X1nın Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 (icraata xitam verilməsi haqqında) qərarından verdiyi ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə X1 Quba rayon İcra Şöbəsinin icra məmuru X9 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193 №-li qətnaməsinə əsasən X4 xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının % hissəsi məbləğində aliment tutularaq ona verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(102)-4646 №-li qərarı ilə Sumqayıt Appelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edildiyindən Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla aliment tələbinə dair Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193 №-li icra vərəqəsinin icraatına əsassız olaraq xitam verilmişdir. Həmin xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022- ci il tarixdə alıb. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(102)- 4646 №-li qərarında mübahisə tam yekunlaşmamış iş yenidən baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Eləcədə Sumqayıt Apelyasiya məhkəməsində işə yenidən baxılaraq həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment tələbinə dair Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq, Quba rayon İcra Şöbəsinin icra məmuru X9 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, X5 və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə X3 və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə X1nın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında 09 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Quba rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-250/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-250/2022
23.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver