Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-252/2023 26.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaerdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək borclu ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin е-2(027)-1918 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu cəmi 1849,10 manat məbləğində pul vəsaiti və 38,50 manat dövlət rüsumu alınaraq, “Effektinvest “ BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və eyni zamanda bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsinin е-2(027)-1918 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, X1 və Borclu qızndan müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 1801.05 manat məbləğində əsas borcun, 48.05 manat məbləğində faiz borcunun, ümumilikdə 1849.10 manat məbləğində pul və 38.50 manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-317 və 317-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba rayon məhkəməsinin е-2(027)-1918 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-252/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-252/2023
26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver