Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-252/2024 30.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatla müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus olan “Daewoo Nexia” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı və "Daewoo Espero" minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu cəmi 17743.17 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2 və Borclu icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Daewoo Nexia” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı və "Daewoo Espero" minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materialında olan Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Tələbkar ASC ilə Borclu arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli, 12008-009/292170 saylı kredit müqaviləsi ləğv edilməsi, Borclu və X1 müştərək qaydada Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas kredit borcuna görə 16.627,93 (on altı min altı yüz iyirmi yeddi dollar, doxsan üç sent) ABŞ dolları, hesablanmış faiz borcuna görə 1.065,24 (bir min altımış beş dollar, iyirmi dörd sent) ABŞ dolları, gecikdirməyə görə penya (dəbbə pulu) 50 (əlli) ABŞ dolları olmaqla, cəmi 17.743,17 (on yeddi min yeddi yüz qırx üç dollar, on yeddi sent) ABŞ dolları tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır Borclu məxsus olan “HYUNDAİ İX-35” markalı (buraxılış ili 2012, Ban TMAJU81BDDJ390424, mühərriki G4KDCU864602, rəngi ağ, tip universal) **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməli, avtonəqliyyat vasitəsi açıq hərracda satılmalı, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X3 Tələbkar ASC-yə olan kredit borcu və dövlət rüsumunun ödənilməsi təmin edilmiş, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməli, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borc ümumi qaydada cavabdehlərdən tutulması qət edilmişdir. İş materialında olan olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2015-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur Həmin Qanunun 58.1.1-ci maddəsinə əsasən borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması növbəlilik üzrə birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak) üzrə həyata keçirilir: Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə olan Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus Daewoo Nexia” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı və "Daewoo Espero" minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Daewoo Nexia” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı və "Daewoo Espero" minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-252/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-252/2024
30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver