Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-254/2023 30.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-399/2023 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması haqqında Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmə iclasında baxaraq müəyyən etdi: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək Borclu məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli e-2(027)-399/2023 saylı icra sənədinə əsasən iş üzrə borclular Borclu və X1 714,07 manat məbləğində borc və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi üzrə 77833/23 saylı icra işi açılmış, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkara heç bir məbləğdə pul ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində Borclu mülkiyyətində Quba rayon İ Nügədi kəndində yerləşən,0,08 ha həyətyanı torpaq sahəsi müəyyən olunmuşdur. Ona görə də tələbin borcluya məxsus olan torpaq sahəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını məqsədə müvafiq hesab edir. Təqdimatın baxılma yeri və vaxtı barədə borclu, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. Lakin işdə Borclu həmin bildirişi alması barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Elektron çıxarışa əsasən Borclu mülkiyyətində Quba rayonu, 1-ci Nügədi kəndində 0.08 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, X2 Borclu qızna məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması haqqında təqdimatı əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 nömrəli qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı təsdiq edilmişdir. Həmin Siyahıya əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263-264 və 268 - ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 gün müddətində Quba rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-254/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-254/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver