Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-258/2024 09.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İcra sənədi üzrə borclu X1 icraatın dayandırılması barədə ərizəsini və oa əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: X2 ərizə ilə müraciət edərək Quba rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli 2(027)- 4647 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahuiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə sasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göründüyü kimi, icra üzrə icraat dayandırılması ərizə əsasında deyil, məcburi olduğu hallarda icra məmuru tərəfindən və icraatın dayandırılmasının mümkün olduğu hallarda isə, icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun təqdimatı ilə məhkəmə tərəfindən dayandırılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 264-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İcra sənədi üzrə borclu X1 icraatın dayandırılması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-258/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-258/2024
09.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver