Məhkəmə qərarları › İş №8(027)-259/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-259/2023

01.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-259/2023 01.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayətçi Almasova (Əmirbəyova) Leyla Telman qızının və icra sənədi üzrə Borclu iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-3298/2016 saylı icra sənədi üzrə tələbkar Almasova (Əmirbəyova) Leyla Telman qızının Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-3298/2016 saylı icra sənədi üzrə tələbkar Almasova (Əmirbəyova) X8 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarının ləğv edilməsi və 2(027)-3298/2016 saylı icra sənədi üzrə icraatın yenidən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu alınıb iddiaçı xx.xx.1988-ci il təvəllüdlü Almasova (Əmirbəyova) Leyla Telman qızma övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay ümumilikdə 234 (iki yüz otuz dörd) manat və xx.xx.2016-cı il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 (əlli) manat məbləğində alimentin alınaraq verilməsi barədə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev xx.xx.2016-cı il tarixli qərarla icraata başlayıb. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddələrini rəhbər tutaraq, xx.xx.2022-ci il tarixdə “İcra sənədi üzrə icraatın dayandırılması barədə” qərar qəbul etmişdir. Həmin qərardan, həmin qərarın verilməsində qanun pozuntularının olması səbəbindən narazıdır. Belə ki, qərarın qəbul edilməsində Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev onun ərizə ilə müraciət edərək, Borclu əvvəlki illərdən qalmış, yəni, xx.xx.2022-ci il tarixədək olan aliment borclarına görə icra tədbirlərinin dayandırılmasını xahiş etməyini əsas tutub. Hansı ki, onunla yanaşı xx.xx.2022-ci il tarixdə Quba Rayon İcra və Probasiya Şöbəsinində borclu və onun nümayəndəsi Əliyev Hümmət olmuşlar və onun izahatı ilə yanaşı Borclu da öhdəlik izahatı yazmışdır. Lakin, onun yazdığı ərizənmin aşağı sağ küncünə anında ştamp vurularaq, rəsmiləşdirilir amma Borclu izahatına isə yox! Hansı marağa, hansı səbəbə görə?!!! Həmin izahatda yazdığı öhdəliklərə görə, ailəsinin bərpa olunmasına görə, onu yenidən ailə kimi qəbul etdiyinə görə əvvəlki borcların silinməsi ərizəsini yazdı. Əgər, qanun varsa, Borclu və onun nümayəndəsinin imzası olan öhdəlik izahatı niyə qanunla nəzərə alınmadı? Alimentin borcunun yarandığı tarixdən ödənişlər edilən müddətlərdə də görünür ki, ödənişlər vaxtında və tam ödənilməmişdir, bu səbəbdən yüksək məbləğdə borc yaranmışdı. O, bir qadın olaraq, kişiyə etdiyi jestin qarşılığında belə “kişidən” namərdlik görən qadındır. Onu borcun silinməsinə görə aldadıb, yarı yolda qoyan birini dövlətin məmurunun dəstək verməsi onu bir vətəndaş kimi də təəssüfləndirir. Həmin izahatda göstərilir-..! Yazıb bildirirəm ki, ailəsi ilə bilrikdə bi evdə yaşamağı, ehtiyaclarınıqarşılamağı, tibbi və digər tələbatlarını ödməyi, lazım gələrsə, tibbi müayinədədən keçirilməsi üçün tibb müəssisələrinə aparmağa və müalicələrini təmin etməyə söz verirəm. Bundan başqa inşasını etdiyim evin sənədlərinin tam hazırlanmasına və evin tikintisini maksimum qısa müddət ərzində başa çatdırmağı və ailəmlə orda bir ömür yaşamağı öhdəmə götürürəm. İltizamı özüm yazdım və imzamla təsdiq edirəm." Bir qadın, bir ana olaraq barışıq üçün daha nə etməliydi ki?! Bundan sonra barışmaq fikri yoxdur. Yalnız, uşaqlarını böyütmək barədə düşünür. Hazırda, atasının evində yaşayır. Atası fəhlə işləyir, anası isə evdar qadındır. Gəlirləri onları da saxlayacaq qədər deyil. İcra və Probasiya Şöbəsinin həmin qərarında qeyd olunanlar obyektiv həqiqəti əks etdirmir. Bidirir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 azyaşlıdırlar. Onların qanunda nəzərdə tutulmuş qaydada böyüdülmə və ərsəyə gətirilməsi hüquqları var. Buna görə də borclunun əvvəlki illədən qalmış borclarının yenidən ödənilməsi üçün icraya yönəldilməsinə zərurət var. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən verilmiş qərarla razılaşmır. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi Almasova (Əmirbəyova) Leyla Telman qızı şikayət ərizəsində yazılanlara uyğun izahat verərək, şikayətini müdafiə etdiyini, icra məmurunun təkidi ilə ərizə verdiyini, əvvəlki borca görə şikayət etdiyini, 2(027)-3298/2016 saylı icra sənədinin yenidən icaraya yönəldilməsini istədiyni bildirmiş, qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında hər ay 234 manat aliment ödədiyini, ödəməni davam etdirəcəyini, tələbkarın onu uşaqları ilə görüşməyə qoymadığını bildirmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin və borclunun izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-3298/2016 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-3298/2016 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarı ləğv edilsin və Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-3298/2016 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar