Məhkəmə qərarları › İş №8(027)-261/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-261/2023

05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-261/2023 05.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Tələbkar X1 iştirakı ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 təqdimatla müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(105)-1182/2020 saylı icra sənədinə əsasən Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(105)-1182/2020 saylı icra sənədinə əsasən Borclu tələbkar X1 xeyrinə 14400 manat pul tutulmalıdır. Borclu iş üzrə "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 400 manat pul tutularaq tələbkar X2, "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 200 manat pul "xxxx" MMC-nin hesabına köçürülməlidir. Qeyd olunan icra sənədi üzrə 57778/21 saylı icra işi açılmış, xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkara heç bir məbləğdə pul ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində Borclu mülkiyyətində Quba rayonu, Gümür-Dəhnə kəndində ümumi birgə 0.60 ha həyətyanı torpaq sahəsi müəyyən olunmuşdur. Ona görə də tələbin borcluya məxsus olan torpaq sahəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir Məhkəmə iclasında tələbkar X3 izahatında bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsilə Borclu onun xeyrinə 14400 manat pul tutulmalıdır, lakin bu günə qədər o borcundan ödəniş etməmişdir. Hal-hazırda əmlakına həbs qoyulmasını və icra məmurunun təqdimatının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu məhkəmə iclasına gəlməmiş, habelə Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materialında olan Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(105)-1182/2020 saylı icra sənədinə əsasən Borclu tələbkar X1 xeyrinə 14400 manat pul tutulmalıdır. Borclu iş üzrə "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 400 manat pul tutularaq tələbkar X2, "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 200 manat pul "xxxx" MMC -nin hesabına köçürülməlidir. İş materialında olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(105)-1182/2020 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materialında olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən göründüyü kimi, Borclu, X4, X5 və X6 mülkiyyətində Quba rayonu, Gümür-Dəhnə kəndində ümumi birgə 0.60 ha həyətyanı torpaq sahəsi vardır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi üzərinə həbs qoyulması barədə təqdimat verilmiş əmlak birgə mülkiyyətdə olmaqla borclunun payı qabaqcadan müəyyənləşdirilməmişdir və kreditor borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb hüququ nəzərə alınmaqla, həmin torpaq sahəsi üzərinə həbs qoyula bilməz. Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(105)-1182/2020 saylı icra sənədinə əsasən Borclu adına Quba rayon Gümür-Dəhnə kəndində ümumi birgə mülkiyyətdə 0.60 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(105)-1182/2020 saylı icra sənədinə əsasən Borclu məxsus Quba rayon Gümür-Dəhnə kəndində ümumi birgə mülkiyyətdə 0.60 ha həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar