Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-271/2024 02.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Tələbkar iştirakı ilə Quba rayon Məhkəməsinin 2(027)-141/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı belə əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 141/2024 saylı icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Quba Rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və hazırda 103885 manatborcu yaranmışdır. İş üzrə Borclu məhkəməyə telrqram göndərərək, səhhətilə əlaqədar Bakı şəhərində xəstəxanada olacağını və məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Tələbkar məhkəmə iclasının təxirə salınmasına etirazını bildirərək qeyd etmişdir ki, borclu qəsdən bilə-bilə vaxt qazanır, heç bir dəlil, sübut təqdim edilmədən məhkəmə iclasına gəlmir. Tələbkar işə baxılmasını və təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, borclunun əmlakı üzərində həbs qoyulması barədə təqdimatı və işin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra vərəqəsindən görünür ki, Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materialında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bildirişi xx.xx.2024-cü il tarixində şəxsən imzalayaraq, qəbul etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində araşdırılan zaman Borclu adına Quba Rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.84 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri vardır. Quba rayon Məhkəməsinin 2(027)-141/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına baxılmış və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 saylı qərardadına əsasən, təqdimat qismən təmin edilərək, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Tələbkar Quba Rayon Məhkəməsinin 30 avqust 2024- cü il tarixli, 8(105)-135/2024 saylı qərardadının ləğv olunması barədə şikayət ərizəsinə baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 8(027)-271/2024 saylı qərardadına əsasən, şikayət qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı qərardadı ləğv edilmiş, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu mülkiyyətində olan daşınmaz əmlak barədə AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində məlumatlar araşdırılan zaman, məlum olmuşdur ki, təqdimatda **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi göstərilsə də, həmin torpaq sahəsi, 0.8404 ha təşkil edir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba Rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-271/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-271/2024
02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver