Məhkəmə qərarları › İş №8(027)-273/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-273/2022

22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-273/2022 22.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X1 qızının katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Quba rayonu, İİ Nügədi kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1415/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borlu Borclu Tələbkar sahibliyində olan “Nissan” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1601 manat məbləğində və “Nissan” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq tələkara verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Quba Rayon icra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1415/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borlu Borclu Tələbkar sahibliyində olan “Nissan” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1601 manat məbləğində və “Nissan” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq tələkara verilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 05 oktyabr 2021-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-1415/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1415/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar