Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-28/2025 03.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə X3 Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 saylı qətnaməsinin icrasına 06 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi xx.xx.2024-ci il tarixi, 2(027)- 66/2024 nömrəli qətnaməsi ilə ondan 21953 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar Səkər oğluna verilməsinə dair qətnamə qət etmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Quba rayon icra şöbəsinə icra vərəq göndərilmişdir. İş icraat qəbul edilmişdir. Hazırda həmin borcu ödəmək üçün maddi imkanı yoxdur. Ailəlidir, bir övladı var. Yoldaşı hazırda hamilədir. İİ övladı dünyaya gələcək. Hazırda heç yerdə işləmir. Bu səbəbdən Quba Rayon Məşğulluq Mərkəzinə işə düzəlmək üçün müraciət etmişdir. Məşğulluq mərkəzindən ona təkər təmiri üçün avadanlıq verilib. Həmin avadanlığı atasının həyətində quraşdıraraq sahibkar kimi fəaliyyətə başlamaq istəyir. Hazırda o, yuxarıda qeyd etdiyi təkər təmiri üçün avadanlığı atasının həyətində quraşdırıb işə başlamaq üçün əməli fəaliyyətdədir. Artıq adına VÖEN açdırmışdır. Yerdə qalan işləri həyata keçirib sahibkar kimi qazanc əldə etmək üçün ona vaxt lazımdır. Qeyd olunanlara əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış tələbkar X4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırki işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, ornları hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)- 66/2024 saylı qətnaməsindən görünür ki, 21953 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar Səkər oğluna verilməsi qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X9 arasında nikah xx.xx.2022-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2022-ci il təvəllüdlü X10 adında övladı vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Quba RMX-nın arayışından görünür ki, X3 həyat yoldaşı Aysel Heydərov 23 həftəlik hamilədir. İş materiallarında olan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə X7 arasında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı tərtib olunmuş və həmin akt əsasında X5 təkər təmiri üçün lazımi avadanlıqlar verilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icra edilməsi tələbkarın İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Avropa Məhkəməsi “Strən” yunan neftayırma müəssisələri Yunanıstana qarşı işdə arbitraj qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “əmlak” hesab edilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsi Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, “Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi mülki hüquq və vəzifələri barədə mübahisə yaranan hər kəsin məhkəməyə müraciət etmək hüququnu təsbit edir; beləliklə, həmin bənd «ədalət mühakiməsi hüququnu» özündə ehtiva edir, bunun bir aspekti də məhkəməyə müraciət etmək hüququndan ibarətdir, bu hüquq məhkəmələrdə iddia icraatına başlamaq hüququnu bildirir. Lakin qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının tərəflərdən birinin maraqları əleyhinə olaraq qüvvəyə malik olmamasına Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi ilə yol verilsəydi, sözügedən hüquq xəyali olardı. Tərəflərə verilən prosessual təminatları sadalayan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində məhkəmə qərarlarının icrasının təmin olunması prosesinin nəzərdə tutulmaması ağlabatan deyil: Konvensiyanın 6-cı maddəsinin yalnız məhkəməyə müraciət etmək hüququnu təmin edən və məhkəmə araşdırmasının qaydasını müəyyən edən müddəa kimi şərh edilməsi, yəqin ki, qanunun aliliyi ilə bir araya sığmayan situasiyalara gətirib çıxarardı, halbuki Avropa Konvensiyasının iştirakçısı olan dövlətlər Konvensiyanı imzalamaqla bu prinsipə riayət etməyi öhdələrinə götürüblər. Beləliklə, istənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrasına Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan mənada «məhkəmə araşdırmasının» tərkib hissəsini təşkil edən element kimi baxılmalıdır. Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək, qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Tarverdiyev Azərbaycana qarşı işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Lakin məhkəmə onu da xüsusi vurğulayır ki, məhkəmə qətnaməsinin icra edilməsi ilə tələbkarın ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi heç də borclu üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Hər bir halda burada məhkəmə uduşundan yararlanmaqla, ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində ifadə oln tələbkarın mənafeyi ilə əmlak vəziyyətinin ağırlığı halında məhkəmə qətnaməsinin tam icra edilməsinin onun üçün ağır maddi məhrumiyyətlər yaradacığında ifadə olunan borclunu mənafeyi arasında ədalətli tarazlıq mütləq qaydada gözlənilməlidir. Əslində bu tarazlığın təmin edilməsi heç də tələbkarın ədalətli məhkəmə araşdırması hüqqunu heçə endirmir, əksinə, borclunun ağır maddi durumunda qətnamənin icrasının daha səmərəli yolla təmin edilməsinə bir yol açır. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi borclunun əmlak vəziyətinin ağırlığının qətnamənin tam icrasına çətinlik yaratdığı halda məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi institutunu müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsi, həm də Ali Məhkəmənin istinad edilən Plenum qərarı qətnamənin icrası haqqında məsələ həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyətinin, xüsusilə də borclunun əmlak vəziyyətinin ağırlığının nəzərə alınmasını göstərir. Qanun normalarının mənasından görünür ki, burada söhbət əmlak vəziyyətinin ağırlığı halında məhkəmə qətnaməsinin icrasıyla bağlı borclunu ağır məhrumiyyətlərə düçar etməmək, onu mənafeyi ilə tələbkarın mənafeyi arasında ədaətli tarazlığı təmin etməklə, yarnmış şəraitdə məhkəmə qətnaməsinin icrası üçün daha səmərəli, ən əsası daha real mexanizmin yaradılmasından gedir. Yəni bu yolla həm tələbkarın ədalətli məhkəmə araşdırması hüququ təmin edilir, həm də qətnamənin bu formada icrası borclu üçün ağır məhrumiyyətlər yaratmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qətnamənin icra predmeti hazırki iş üzrə borclunun ağır əmlak vəziyəti, yaşamağa başqa yerinin olmaması ilə əlaqədar olduğundan, qətnamənin icrasına möhlət verilməsi üçün həm Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında göstərilən əsaslar olduğundan X3 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmalı, X5 Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 saylı qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Quba Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(027)-66/2024 saylı qətnaməsinin icrasına 06 (altı) ay müddətinə möhlət verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-28/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-28/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver