Məhkəmə qərarları › İş №8(027)-280/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-280/2023

14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-280/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 borclu ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(067)-1416/2022 saylı icra sənədinə əsasən iddia qismən təmin edilməlidir.Borclu 16538,29 manat məbləğində əsas borc,həmin vəsaitin illik 5% məbləğində ,yəni 552 manat əlavə pul,X2 28043,5 manat məbləğində pul,həmin vəsaitin illik 5% məbləğində ,yəni 935 manat əlavə pul və ödənilmiş dövlət rüsumu üzrə borclunun hər birindən 105 manat pul ,həmçinin mediasiya xərci üzrə borclunun hər birindən 100 manat pul alınaraq Tələbkar verilməlidir.Ekspertiza tədqiqatlarının dəyəri üzrə borcluların hər birindən 60 manat məbləğində pul alınaraq X1 ,kod 210005 ,VÖEN **********,Müxbir hesab AZ41NABZ********************,SWİFT BİK CREAZ22,Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. iş üzrə Borclu Tələbkar xeyrinə bu günə qədər heç bir ödəniş etməmişdir İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə təqdimat vermiş orqanın nümayəndəsinin, habelə borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(067)-1416/2022 saylı icra sənədinə əsasən İddia qismən təmin edilsin. Borclu 16538,29 manat məbləğində əsas borc, həmin vəsaitin illik 5% məbləğində, yəni 552 manat əlavə pul, X2 28043,5 manat məbləğində pul, həmin ' vəsaitin illik 5% məbləğində, yəni 935 manat əlavə pul və ödənilmiş dövlət rüsumu üzrə cavabdehin hər birindən 105 manat pul, həmçinin mediasiya xərci !İ üzrə cavabdehin hər birindən 100 manat pul alınaraq Tələbkar { oğluna verilsin. Ekspertiza tədqiqatlarının dəyəri üzrə cavabdehin hər birindən 60 manat məbləğində pul alınaraq X1, kod 210005, VÖEN **********,Müxbir hesab AZ41NABZ********************,SWİFT BİK CREAZ22,Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmiş və müvafiq imza etməklə bildirişi almışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən Borcluunun ölkə ərazisini tərk edəcəyi təqdirdə qeyd edilən icra sənədinin icra olunmama mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(067)-1416/2022 saylı icra sənədinə əsasən borclu xx xxx 1991-ci ildə ünvan 1ində doğulmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar